Gənc Memarlar və Tələbələr klubu

Azərbaycan Gəncləri Günü münasibəti ilə Lənkəran şəhərində gənclər mükafatlandırılıb

By 05.02.2024 February 19th, 2024 No Comments

Azərbaycan Gəncləri Günü və Lənkəran şəhərinin 2024-cü il üçün “Gənclər Paytaxtı” seçilməsi münasibətilə fevralın 2-də Lənkəran şəhərində bir sıra tədbirlər keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, gül dəstələri qoyulub. Daha sonra Lənkəran Dövlət Universitetində “İlin gənci” nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlanıb. Daha sonra gənclər mükafatlandırılıb. Mükafat alanlar arasında gənc memarlarımız Ələkbərli Ceyhun və Namazlı Əhməd yer alıblar. Həmkarlarımızı təbrik edirik.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini İndira Hacıyeva təqdim ediblər. Mükafatlandırılma mərasimindən sonra nazir Fərid Qayıbov çıxış edərək gəncləri təbrik edib və uğurlar arzulayıb, ardınca gəncləri maraqlandıran sualları cavablandırıb.