BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Mollazadə F.Ə.
(+99412) 596-9020 (iş)

Bəylərov İ. X.
(+99412) 437-3264 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

Azərbaycan Memarlar İttifaqına üzvlük haqqında Qaydalar

 

Bu Qaydalar, Azərbaycan Memarlar İttifaqına üzv olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları, eləcə də digər dövlətlərin vətəndaşları üçündür.

  1. Ali memarlıq təhsilinə (ən azı bakalavr), 3 ildən az olmayaraq ixtisas stajına, bir sıra müstəqil müəllif layihələrinə malik olan, Azərbaycan Memarlar İttifaqının Nizamnaməsini və Peşəkarlıq etikası Məcəlləsini qəbul edən, yaradıcılıq komissiyalarında aktiv fəaliyyət göstərməyi və üzvlük haqqını vaxtında ödəməyi öhdəsinə götürən şəxslər Azərbaycan Memarlar İttifaqının üzvü ola bilərlər.
  2. Azərbaycan Mİ üzvləri üçün ilkin qəbul haqqı 100 AZN (yüz manat), aylıq üzvlük haqqı 10 AZN (on manat) təyin olunur:
  •       işləməyən təqaüdçü Mİ üzvləri aylıq üzvlük haqqından azad olunur.
  1. Azərbaycan Memarlar İttifaqına üzv olmaq üçün aşağıdakı sənədlər təqdim olunur:
  •        Mİ İdarə heyəti sədrinin adına ərizə;
  •        Tərcümeyi-hal;
  •        Şəxsi vərəqə;
  •        Şəxsiyyət vəsiqəsinin surəti;
  •        Təhsil haqqında diplomun surəti;
  •        Müəllif işlərinin siyahısı;
  •        Nümayiş materialları (elektron variantda);
  •        Mİ-niniki üzvü tərəfindən təqdimat (təqdimat verən Mİ üzvlərinin üzvlük müddəti 10 ildən az olmamalıdır);
  •        3x4 ölçüdə 4 ədəd fotoşəkil.
  1. Sənədlər, yaradıcılıq işlərinin elektron versiyası və A3 formatda portfolio ilə bərabər Mİ aparatına təqdim olunur, sonra isə Mİ-nin qəbul üzrə Komissiyasına verilir. Komissiya, iki həftə müddətindən gec olmamaq şərtilə, Mİ Katibliyinə müvafiq rəyini təqdim edir.
  1. Üzvlüyə qəbul, Mİ Katibliyi tərəfindən həyata keçirilir və müvafiq protokolla rəsmiləşdirilir.
  1. Yeni qəbul olunmuş üzvlərə üzvlük bileti və döş nişanı təqdim olunur.
  1. Azərbaycan Mİ üzvlüyündən xaric olunma üçün əsas, Mİ-nin Nizamnaməsinin pozulması, üç aydan artıq əsassız olaraq üzvlük haqqlarının ödənilməməsi, Peşəkarlıq etikası Məcəlləsinin pozulması, yaxud Mİ üzvünün öz xahişi ola bilər. Üzvlükdən xaric olmaq haqqında qərar Katiblik tərəfindən qəbul olunur.
  •       Azərbaycan Memarlar İttifaqı Katibliyinin11 yanvar 2017-ci il tarixli iclasında təsdiq edilmişdir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)