BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Mollazadə F.Ə.
(+99412) 596-9020 (iş)

Bəylərov İ. X.
(+99412) 437-3264 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

Azərbaycan - qədim tarixə və mədəniyyətə malik ölkədir. Azərbaycan xalqı xarici qəsbkarlarla barışmaz mübarizədə öz azadlığını qorumaqla yanaşı, özünəxas mədəniyyətini nümayiş etdirən əsərlər, o cümlədən də gözəl memarlıq abidələri yaratmışdır. Naxçıvan, Təbriz-Sultaniyyə, Şirvan-Abşeron, Şəki-Zaqatala, Bərdə-Qarabağ və s. memarlıq məktəblərinin məhsulu olan gözəl memarlıq və şəhərsalma əsərləri buna bariz sübutdur.

historyBu günlərimizə qədər gəlib çatmış nadir əsərlər Azərbaycan memarlarının fitri istedadını dünyaya nümayiş etdirirlər. Azərbaycan memarları nəinki Azərbaycanda, hətta onun hüdudlarından çox-çox uzaqlarda da (Balkanda, Orta Asiyada, Hindistanda və digər yerlərdə) öz dəsti-xətlərini yadigar qoymuşlar.

Yeni dövrün memarlarını yetişdirmək üçün 1921-ci ildə Bakı Sənaye institutunda memarlıq bölməsi yaradılır. Sonralar Azərbaycan Politexnik İnstitutu, daha sonralar isə Azərbaycan İnşaat Mühəndisləri Universiteti peşəkar memarlar yetişdirən əsas təhsil ocağı oldu.

1934-cü ildə yaradıcılıq ittifaqlarının mərkəzləşməsi ilə bağlı müxtəlif memarlıq-yaradıcılıq ittifaqları vahid SSRİ Memarlar İttifaqlarında birləşdirilir. Azərbaycan memarları da bu cəmiyyətə daxil idi. Həmin ilin martında Azərbaycan memarlarının Birinci qurultayını keçirmək üçün Təşkilat komitəsi yaradıldı. Təşkilat Komitəsinin sədri Qəhrəman Məmmədov seçildi. Komitə, başqa respublikalarda olduğu kimi, respublikamızda da Memarlar İttifaqının Nizamnaməsinin, proqramının və quruluşunun yaradılması kimi böyük işlər gördü.

Azərbaycan memarlarının ilk qurultayı 1936-cı il martın 4-dən 7-ə kimi keçdi. Memarlar İttifaqının qurultayının işində o vaxtkı dövlət xadimlərindən Ruhulla Axundov, Soltanməcid Əfəndiyev və Həmid Sultanov iştirak edirdi. Qurultaya cəmi 64 memar nümayəndə seçilmişdi.

Qurultay nümayəndələrindən S. Dadaşovun, Q. Əliyevin, Q. Əlizadənin, P. Fridolinin, K. Sençixinin və başqalarının çıxışı diqqəti cəlb etdi. Çıxış edənlər əsas diqqəti şəhərlərdə şənaye memarlığına, məktəb və kütləvi yaşayış binalarının tikintisinə, ucqar fəhlə rayonlarının abadlaşdırılmasına yönəltməyi tələb edirdilər.

Memarlar İttifaqı, yaradıcılığında parçalanmış, ayrı-ayrılıqda pərakəndə qalmış memarlıq qüvvələrini birləşdirib respublikanın sosial-iqtisadi inkişafındakı təxirəsalınmaz işlərə yönəldir, ölkəmizdə və xaricdə memarlığın inkişafında meydana gəlmiş mütərəqqi ənənələrin və yeniliyin aparıcısı rolunda çıxış edirdi. Artıq o zamanlar respublikada memarlıq yaradıcılığının mürəkkəb məsələləırini həll edəcək mütəxəssislər dəstəsi yetişmişdi. Memarlıq tariximizə daxil olmuş S. Dadaşov, H. Əlizadə, H. Ələsgərov, V. İvanov, M. Şıxəliyev və b. əsərləri indi də şəhərlərimizi bəzəyir. Əlbəttə ki, bunların arasında başlıca yer görkəmli ustad memarlar Sadıx Dadaşov və Mikayıl Hüseynova məxsusdur.

M. Hüseynovla müştərək yaradılmış bir çox görkəmli əsərlərin müəllifi, həyatdan vaxtsız getmiş Sadıx Dadaşov eyni zamanda bacarıqlı təşkilatçı idi. Respublikada Memarlar İttifaqı bilavasitə onun təşəbbüsü ilə yaradılmışdı. Birinci forumda Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədr müavini, sonralar isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında memarlıq işləri üzrə idarənin rəhbəri olmuş S. Dadaşov Respublikada dövlət və ictimai memarlıq təşkilatları fəaliyyətinə böyük zəhmət sərf edirdi.

Azərbaycan Respublikası Memarlar İttifaqının İdarə heyətinin 50 ilə yaxın əvəzsiz sədri olmuş M. Hüseynovun da fəaliyyəti Azərbaycanda həmin illər üçün memarlıq axtarışları və inkişafı simasını təmsil edirdi.

Son illərdə Azərbaycan Respublikasının azadlığa çıxması, siyasi və sosial-iqtisadi müstəqillik əldə etməsi ilə Memarlar İttifaqı fəaliyyətində yeni sosial şəraitə, bazar iqtisadiyyatına, demokratiyanın tələblərinə cavab verən dəyişikliklər baş verir. Memarlar İttifaqı respublikada ictimai qayğıları da diqqət mərkəzində saxlayır.

Keçmiş illər ərzində Azərbaycan Memarlar İttifaqı ölkənin şəhər və kəndlərinin abadlaşdırılmasında, memarlıq görkəminin formalaşmasında aparıcı rol oynamış, yaradıcılıq proseslərini istiqamətləndirmişdir.

Bu illərdə onlarla memarlarımız beynəlxalq müsabiqələrin laureatı adına layiq görülmüş, fəxri adlarla, orden və medallarla təltif edilmişlər. Müxtəlif dövrlərdə Azərbaycan Memarlar İttifaqının rəhbərliyində M. Hüseynovun, H. Ələsgərovun, H. Məcidovun, Ə. Qasımzadənin, T. Xanlarovun, N. Hacıbəyovun, İ. Əliyevin, N. Nağıyevin, R. Əliyevin, E. Qasımzadənin, E. Ələsgərovun, R. Əfəndizadənin, T. Muradxanovanın, N. Əliyevin, H. Əmirxanovun, Ə. Novruzinin, F. Mollazadənin və başqalarının böyük zəhməti olmuşdur.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)