Memarlıq Tarixi

AZƏRBAYCAN MEMARLIĞI USTADLARININ VƏ ONLARIN YARATDIQLARI ƏSƏRLƏRİN SİYAHISI

Mcidov HsnAzərbaycan sovet memarı, Respublikanın əməkdar inşaatçısı, 1959-1960-cı illərdə Respublika Nazirlər Soveti yanında Tikinti və memarlıq işləri üzrə Dövlət Komitəsinin sədri, bir sıra hökumət təltiflərinə layiq görülmüşdür, 1960-cı ildən respublika ali təhsil müəssisələrində müəllimlik fəaliyyəti ilə məşğul olub.

Əsərlər – F. Dzerjinski adına Mədəniyyət sarayı (1950-ci il), V.İ.Lenin adına muzey (1952-ci il), Binə qəsəbəsində aerovağzal binası (1960-cı il) “Bakı” mehmanxanası (1970-ci il), “M. Əzizbəyov” metro stansiyası (1967-ci il), Azərbaycan prospekti boyu (H. Hacıyev küçəsi) yaşayış binaları (1954-cü il) və b. 

Qasmzad nvrAzərbaycan sovet memarı, Azərbaycan SSR əməkdar inşaatçısı, memarlıq doktoru, professor, Azərbaycan SSR Elmlr Akademiyasının müxbir üzvü. 1934-1941-ci illərdə müəllim, 1941-1942-ci illərdə Bakı inşaat texnikumunun direktoru işləmişdir. 1942-1946-cı illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1946-cı ildən Respublika Nazirlər Soveti yanında Memarlıq işləri üzrə İdarənin rəisi, 1951-1952-ci illərdə Bakı İcra komitəsi sədrinin birinci müavini, 1952-1953-cü illərdə Bakı şəhər icra komitəsi sədrinin müavini, 1953-1954-cü illərdə respublika kommunal və şəhər təsərrüfatı naziri, Tikinti naziri, 1955-ci ildən respublika Nazirlər Soveti yanında memarlıq işləri üzrə İdarənin rəisi, 1955-1959-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Tikinti və memarlıq işləri üzrə Komitənin rəisi, 1959-1962-ci illərdə Azərbaycan Memarlar İttifaqının İdarə heyəti sədrinin müavini, 1962-ci ildən Azərbaycan Politexnik İnstitutunun rektoru vəzifələrində çalışmışdır.

Əsərləri – Azərbaycan prospektində (1950), Ağa Neymətulla küçəsində (1954), İnşaatçılar prospektində (1954-1956) iri yaşayış kompleksləri, Tibb İnstitutunun (1956), “Giproazneft”in (1956), Gömrük Komitəsinin (1965) inzibati binaları, “Ulduz” metro stansiyası (1967), Daşkəsən şəhərinin bir sıra inzibati, yaşayış, ictimai və məişət binalarının layihələri (1950-ci illər) və b.

Useynov MikaylAzərbaycan sovet memarlığının banilərindən biri, Azərbaycan memarlığının praktik və nəzəri tədqiqatçısı, SSRİ Xalq memarı, Sosialist əməyi qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Respublikanın əməkdar incəsənət xadimi, Azərbaycan SSR Elmlər akademiyasının akademiki, London kral cəmiyyətinin üzvü, bir sıra xarici cəmiyyətlərin və təşkilatların fəxri üzvü, 1947-1992-ci illər ərzində Respublika Memarlar İttifaqının İdarə heyətinin sədri, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının ilk prezidenti. 1946-cı ilədək memar S.Ə.Dadaşovla birgə işləmişdir.

Əsərləri – “Epron” yaşayış evləri (1939), “Buzovnaneft” (1944-1945), “Portovik” (1933), “Azneftzavodları” (1950-1952), “Alimlər Evi” (1946), M.F.Axundov adına dövlət kitabxanası (1960), Azərbaycan SSR Elmlər Akademiyasının binaları kompleksi (1947-1948), V.İ.Lenin adına meydanın rekonstruksiyası (1962), “Nizami” (1968-1969), “Elmlər Akademiyası” (1971) metro stansiyalası, “Azərbaycan” (1973), “Abşeron” (1975), “Moskva” (1978) mehmanxanaları, Baş poçt idarəsi “Qlavpoçtampt” (1977), şairlər Nizami Gəncəvinin (1940), Səməd Vurğunun (1957) heykəlləri, Sovet İttifaqı qəhrəmanları Həzi Aslanovun (1947-1948), Mehdi Hüseynzadənin (1973) heykəlləri, “Azad qadın” (1960) heykəltəraşlıq kompozisiyası və b.

Dadaov SadxAzərbaycan sovet memarlığının banilərindən biri, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Respublikanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı.

Əsərləri – Bayılda fabrik-mətbəx (1932), “Udarnik” yaşayış evi (1933), incəsənət işçilərinin yaşayış evi (1933), Bakı Sovetinin yşayış evi (1937), XTNS-də Azərbaycan SSR-in pavilyonu (1938), “Nizami” kinoteatrı və yeyinti sənayesi nazirliyi (1934-1935), 23 saylı məktəb (1936), Nizami adına muzey (1940), Azərbaycan dövlət konservatoriyası (1939), Politexnik institutu (1934-1935) və başqaları.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)