Müasir Memarlıq

 rasimMən, Babakişiyev Rasim Calal oglu 15 aprel 1956-ci ildə, Rusiya Federasiyasının, Dərbənt şəhərində anadan olmuşam.

1966-ci ildə ailəmlə birqə Bakı şəhərinə daimi yaşamaqa gəlmişik.

1973-ci ildə Azərbaycan Politexnik institutunun Memarlıq fakultəsinə daxil olmuşam. 1979-ci ildə ali təhsilimi bitirib – memarlıq dərəcəsi almışam. 1979-ci il noyabr ayından – 1981-ci ilin mayına qədər SSSR-i hərbi xidmətindən qayıdanda, Bakı şəhər Xalq Deputatları Sovetinin Xüsusi Layihə Smeta bürosunda 1983-ci ilin sentyabr ayına qədər memar vazifəsinə işə daxil olmuşam.

1983-1988 – Ticarət və İctimai İaşə Müəssisələrinin Layihələndirilməsi üzrə Dövlət institutunda Qrup rəhbəri

1988-1989 – “Rəvan” kooperativində memar-dizayner

1989-1991 – “AİS Proyekt” kooperativində memar-dizayner

1991-1994 – “Hidrospesstpoy” Səhmdar şirkətinin İxtisaslaşdırma İdarəsində sahə rəisi

1994-1997 – “Turanlı Co” LTD şirkətində Vitse-prezidenti

1999          – “Yüksəl” şirkətinin baş direktoru

2002-2013 – “AzExCo” şirkətinin baş direktoru

2015-ci ilin iyun ayından “AMİ PROYEKT” yaradıcı memarlıq layihə birliyinin baş direktoru.

Memarlıq fəaliyyəti zamanı çoxlu peşəkar müsabiqələrdə iştirak etmişəm və qalib olmuşam: 1985-ci ilin ən yaxşı layihəsi Respublika müsabiqəsinin qalibi; 1988-ci ildə Gənc memarların Ümumdünya müsabiqəsinin diplomantı;           2003-cü ildə MİBA-ın Beynalxalq müsabiqəsində I dərəcəli diplomu; 2013-ci ildə Birinci Bakı Beynəlxalq müsabiqəsində II dərəcəli diplom; 2015-ci ildə İkinci Bakı Beynəlxalq Memarlıq müsabiqəsində I dərəcəli diplom

1986-ci ildən Azərbaycan Memarlar İttifaqının Üzviyəm.

2008-ci ildə “Ustad Memar” yüksək peşəkarlıq dərəcəsinə layiq görülmüşəm.

2012-ci ildə Azərbaycanda memarlıqın inkişafında xidmətlərimə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərancamına əsasən “Tərrəqi” medalı ilə təltif edilmişəm.

25 noyabr 2016-ci ildə Azərbaycanda memarlıqın inkişafında xidmətlərimə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərancamına əsasən “Əməkdar memar” fəxri adı veriib.

        Layihələr:     

  RB2   RB3   RB4
             
             
RB5   RB6   RB7  

R 6Əfəndizadə Rəna Mahmud qızı 29 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə Moskva Memarlıq İnstitutunu bitirib.

1963-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və incəsənət İnstitutunda işləyir, 1989-1998-ci illərdə Şəhərsalma və müasir memarlıq şöbəsinə rəhbərlik edib. 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

Uzun illər Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür.

1979-cu ildə ona Azərbaycanın "Əməkdar memarı" fəxri adı verilib, 1986-cı ildə "Şərəf Nişanı" ordeni ilə, 2000-ci ildə "Şöhrət" ordeni ilə, 2012-ci ildə isə Mikayıl Useynov adına medal ilə təltif edilib.

O, bir sıra yaşayış evlərinin layihələrinin müəllifidir.Azərbaycan  və  Bakının  memarlığı  və  şəhərsalma məsələlərinə dair 50-dən artıq nəşr əsərinin və  5  monoqrafiyanın  müəllifidir:

 

R 1Bakının yaşayış rayonlarının planlaşdırılması və tikintisi, Bakı, 1971-ci il

Kitabda 1920-ci ildən başlayaraq 1965-ci ilə qədər Bakıda yaşayış məhəllələrin planlaşdırılması və tikintisi təhlil edilir. Məhəllələrin planlaşdırma strukturunun artım dinamikası və formalaşdırılması müəyyən edilir. Bu prosesin ən səciyyəvi mərhələləri ayrıca verilir: 1920-1931; 1932-1941; 1945-1957, eləcə də Bakıda ilk mikrorayonların və böyük yaşayış rayonlarının planlaşdırılması və tikintisi dövrü təsvir olunur. O zaman, iri panellərdən istifadə edərək, ev tikintisi və azad planlaşdırma prinsipləri böyük sayda ucuz yaşayış sahələrin yaradılması məqsədilə geniş vüsət aldı. Lakin, bu prinsip iqlim və təbii şəraitlərə, eləcə də Bakı əhalisinin sosial tələblərinə cavab vermirdi.

R 2Sovet Azərbaycan memarlığı, Moskva, 1986-cı il

Bu kitabda Sovet Azərbaycan memarlığın əsas mərhələləri və inkişaf tendensiyaları təsvir olunur. Azərbaycan xalqının özünəməxsus memarlıq irsi təhlil olunur, milli ənənələrin tarixi kökləri tədqiq edilir. Respublikada ən maraqlı memarlıq və şəhərsalma işləri nəzərdən keçirilir. Memarlığın estetik aspektinə, şəhərlərdə tam yaşayış mühitin formalaşdırılmasına xüsusi diqqət verilir. Memarlar və incəsənət mütəxəssisləri üçün nəzərdə tutulur.

R 3Memar Rəhim Seyfullayev, İstanbul, 2007-ci il

Kitabda görkəmli Azərbaycan memarın, şəhər komplekslərin və memarlıq binaların müəllifi olan Rəhim Seyfullayevin 30 illik yaradıcılığı işıqlandırılır. Onun əsas işlərinin təhlili cizgi və rəngarəng fotolarla müşayiət olunur. Kitabda müəllifin memar Seyfullayev ilə memarlığın və şəhərsalmanın cari problemlərə barədə müsahibəsi dərc edilir. Kitab memarlar, incəsənət mütəxəssisləri və memarlıq problemləri ilə maraqlanan çox saylı oxucular üçün nəzərdə tutulur.

R 4Azərbaycan memarlığı: XIX əsrin sonu – XX əsrin əvvəli, Bakı, 2012-ci il

Kitabda Azərbaycanda memarlıq inkişafının böyük dövrü əhatə olunur. Memarlığın cari mərhələsinə xüsusi diqqət verilir və şəhərlərin müasir üslubunu müəyyən edən müxtəlif istiqamətlər işıqlandırılır. Bakıya, onun planlaşdırma strukturunun inkişafına, yaşayış və ictimai binaların memarlığına xüsusi yer. Kitabda bir çox illüstrasiyalar verilir və o, memarlar, incəsənət mütəxəssisləri və memarlıq problemləri ilə maraqlanan bir çox oxucular üçün nəzərdə tutulur.

R 5Rəhim Seyfullayev – memar, İstanbul, 2013-cü il

Kitabda bir çox maraqlı yaşayış, ictimai binaları tikmiş, çox saylı interyerləri yaratmış görkəmli Azərbaycan memarın yaradıcılığına həsr olunmuş albom verilir. Bu albom daha genişdir və memarın yeni işlərini təqdim edir. Rəngli fotolarla, ingilis və rus dillərində mətnlə müşayiət olunan bu kitab memarlıq məsələləri ilə maraqlanan ingilis və rusdilli oxucular üçün nəzərdə tutulur.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)