BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Mollazadə F.Ə.
(+99412) 596-9020 (iş)

Bəylərov İ. X.
(+99412) 437-3264 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

“AMİ PROYEKT” Yaradıcı-İstehsalat Birliyinin NİZAMNAMƏSİ

        1. ÜMUMİ MÜDDƏALAR

1.1. “AMİ Proyekt” Yaradıcı-İstehsalat Birliyinin (bundan sonra “Birlik” adlandırılacaq) “Qeyri-hökumət təşkilatları (birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu Nizamnamədə müəyyən edilmiş məqsədlərlə ümumi maraqlar əsasında yaradılmış, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və gəlirini üzvlər arasında bölməyən, daimi əsaslarla fəaliyyət göstərən  ictimai birlikdir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və bu Nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikasının  bütün ərazisində həyata keçirir.

1.3. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusuna malik olur.

1.4. Birlik öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilər.

1.5. Birliyin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında və bu Nizamnamə ilə nəzərdə tutulmuş məqsəd və vəzifələrini yerinə yetirmək üçün əmlakı vardır.

1.6. Birliyin fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

1.7. Birlik Bakı şəhəri, Murtuza Muxtarov küçəsi 24 ünvanda yerləşir.

 

2. BİRLİYİN  FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏD VƏ PREDMETİ

 

2.1. Birliyin əsas məqsədi yaradıcılıq konsepsiyalarını formalaşdırır və Azərbaycan memarlığının inkişaf strategiyasını dövlət orqanları ilə birlikdə həyata keçirir. 

2.2. Birliyin fəaliyyət predmetinə, əsasən aşağıdakılar daxildir:

2.3. Memarlıq və şəhərsalma sahəsində qəbul olunmuş qanunları həyata keçir;

2.4. Demokratik cəmiyyətin humanist ideallarına cavab verən memarlıq əsəsrlərinin yaranmasına kömək edir, Azərbaycan memarlığının yaradıcılıq mövqelərinin müxtəlifliyini müdafiə edir;

2.5.  Tarixi memarlıq mühitinin və təbii mühitin mühafizəsi, memarlıq abidələrindən qayğı ilə istifadə olunmasına kömək edir;

2.6. Memarlıq sahəsində kadr siyasətinə fəal təsir göstərir, memarlıq kadrlarının seçilməsi, irəli çəkilməsi və yerləşdirilməsi məsəslərində Respublikanın dövlət və özəl orqanları və təşkilatlarına kömək edir;

2.7. Memarlıq təhsilinin təkmilləşməsinə, Respublika memralarının peşə vərdişlərinin kamilləşməsinə kömək edir, gənc nəsilin hazırlanmasına və tərbiyə olunmasına qayğı göstərir;

2.8.  Memarların yaradıcılıq ustalığının artmasının stimullaşdırır, memarın istedadını və şəxsiyyətini, onun müəlliflik hüquqlarını müdafiə edir.

2.9.  Memarlıq məsələləri barədə ictimai rəyi öyrənir və formalaşdırır, icti. Hazırlanan layihələrin müzakirəsinə cəlb edir, memarlıq peşəsinin mədəni və bədii statusunun yüksəlməsinə kömək edir;

2.10. Azərbaycan memarlarının nailiyyətlərini təbliğ edir; memarlıq, bədii rəngkarlıq, tətbiqi sənət əsərlərinin baxış-sərgilərini və satışını təşkil edir;

2.11. Beynəlxalq memarlıq təşkilatları, xarici ölkələrin memarlıq ittifaqları və digər yaradıcılıq ittifaqları ilə əməkdaşlıq edir.

 

3. BİRLİYİN HÜQUQ və VƏZİFƏLƏRİ

 

3.1. Birlik qarşısına qoyduğu məqsədləri həyata keçirmək üçün aşağıdakı hüquq və vəzifələrə malikdir:

3.2.  Məqsədləri və  fəaliyyəti barədə məlumatları sərbəst yayır;

3.3. Müvafiq dövlət orqanları qarşısında proqram, konsepsiya, qanun layihələri və digər təkliflərlə  çıxış edir;

3.4. Konfranslar, seminarlar,  dəyirmi masalar, tədris və metodoloji yardımlar və s. tədbirlər təşkil edir;

3.5. Müvafiq instansiyalar qarşısında təkliflərlə çıxış edir;

3.6.  Birlik əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirə bilər.

3.7.  Birlik dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə qanunsuz müdaxilə etmir, Azərbaycan Respublikası qanunvericiliyinə zidd hərəkətlərə yol vermir və bu Nizamnamənin  tələblərindən kənara çıxmır.  Birlik siyasi partiyalara maliyyə və başqa yardım göstərmir.

 

4. BİRLİYİN İŞTİRAKÇILARI

 

4.1. Birliyin iştirakçıları təsisçilər, üzvlər və köməkçilər ola bilər. Birliyin iştirakçılarının hüquqi vəziyyəti «Qeyri-hökumət təşkilatları (birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanunu və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq tənzimlənir.

4.2. Birliyin Nizamnaməsini qəbul edən hər bir fiziki şəxs  Birliyə üzv ola bilər.

4.3. Birlikdə üzvlük üçün Birliyin İdarə Heyətinə yazılı ərizə ilə müraciət edilir. Ərizəyə İdarə Heyətinin iclasında baxılır və müvafiq qərar qəbul edilir.

4.4. Birliyin üzvləri bərabər hüquqludurlar.

4.5. Birlik üzvlərinin aşağıdakı hüquqları vardır:

4.5.1. Birliyin seçkili orqanlarına seçmək və seçilmək;

4.5.2. Qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq Birliyin idarə olunmasında iştirak etmək;

4.5.3.  Birliyin fəaliyyətində iştirak etmək, təkliflərlə çıxış etmək;

4.5.4. Birliyin rəhbər orqanlarının fəaliyyətinə nəzarət etmək, onun seçkili orqanlarının və vəzifəli şəxslərinin fəaliyyəti barədə məlumat almaq, əsaslar olduqda bu orqanların və vəzifəli şəxslərin fəaliyyətini tənqid etmək;

4.5.6. Özünün hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, izahat vermək və Birliyin müvafiq orqanına və məhkəmyə şikayət etmək.

4.6. Birliyin üzvü yalnız Birliyin Ümumi Yığıncağı, İdarə Heyəti və Sədri tərəfindən səlahiyyət verildikdə Birliyi təmsil edə və onun adından çıxış edə bilər.

4.7. Birlik üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

4.7.1. Birliyin Nizamnamə tələblərinə riayət etmək;

4.7.2. Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;

4.7.3. Birliyin nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməmək.

4.8.   Birliyin üzvlüyünə aşağıdakı hallarda xitam verilir:

4.8.1. Birliyin fəaliyyətinə xitam verildikdə;

4.8.2. Birlik üzvlüyündən könüllü çıxdıqda;

4.8.3. Birliyin üzvlüyündən çıxarıldıqda.

4.9. Birlik üzvü Birlikdən könüllü çıxdıqda Birliyin İdarə Heyətinə bu barədə yazılı ərizə ilə müraciət edir. Ərizəyə İdarə Heyətində baxılır və müvafiq qərar qəbul edilir.

4.10.Birliyin Nizamnaməsini pozan üzvlər barəsində, pozuntunun xarakterinə uyğun olaraq, «xəbərdarlıq», «töhmət», və «Birliyin üzvlüyündən xaric etmə» kimi intizam tədbirləri görülür. İntizam tədbiri Birliyin Nəzarət Təftiş Qrupunun rəyi əsasında Ümumi Yığıncaq tərəfindən tətbiq edilir.

4.11.  Birliyin üzvü barədə tətbiq edilən intizam tədbirlərindən qanunvericiliyə müvafiq olaraq şikayət verilə bilər.

4.12. Birlik öz üzvlərinin hüquqlarını və qanuni mənafelərini bütün instansiyalarda müdafiə edir.

 

5 . BİRLİYİN İDARƏ OLUNMASI

 

5.1. Birliyin idarəetmə orqanları aşağıdakılardır:

5.1.1. Birlik üzvlərinin  Ümumi Yığıncağı

5.1.2. Birliyin Nəzarət – Təftiş Qrupu

5.1.3. Birliyin İdarə Heyəti

5.1.4. Birliyin Sədri

5.2. Ümumi Yığıncaq Birliyin ali orqanıdır. Ümumi Yığıncağın iclasları zəruri hallarda, lakin ildə bir dəfədən az olmayaraq keçirilir. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə Birliyin Sədri tərəfindən çağırılır.

5.3. Ümumi Yığıncağın səlahiyyətlərinə, əsasən aşağıdakı məsələlər  daxildir:

5.3.1. Birliyin Nizamnaməsinin qəbulu və ona  dəyişiklər edilməsi;

5.3.2. Birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;

5.3.3. Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

5.3.4. Birliyin başqa təşkilatlarda iştirakı;

5.3.5. Birliyin fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsi;

5.3.6. Birliyin Sədrinin, İdarə Heyətinin və Nəzarət – Təftiş Qrupunun seçilməsi və illik hesabatların təsdiq edilməsi;

5.3.7.  Birliyin yenidən təşkili və ləğv edilməsi;

5.3.8. Bu Nizamnamədə nəzərdə tutulan digər səlahiyyətlərin həyata keçirilməsi.

5.4.   Birliyin təsisçilərinə və üzvlərinə Ümumi Yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilir. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə Nizamnəməyə dəyişikliklər edə bilər. Ümumi Yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.

5.5. Ümumi Yığıncaqda yazılı protokol aparılır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır, yığıncağın protokolu lazım gəldikdə Birliyin bütün üzvlərinə paylanır.

5.6. Birliyin Nəzarət – Təftiş Qrupu Birliyin Nizamnaməsinə əməl olunmasına, maliyyə vəsaitinin Birliyin məqsəd vəzifələrinə uyğun xərclənməsinə nəzarət edir. Nəzarət – Təftiş Qrupunun fəaliyyəti Ümumi Yığıncaq tərəfindən qəbul edilən xüsusi Əsasnamə ilə tənzimlənir.

5.7. Birliyin İdarə Heyəti Birliyin cari fəaliyyətinə rəhbərliyi həyata keçirir və aşağıdakı səlahiyyətlərə malikdir:

5.7.1. Birliyin əsas vəsaitləri ilə bağlı qərarlar qəbul edir;

5.7.2. Birliyə üzv qəbul edilməsi və üzvlükdən azad edilməsi məsələsinə baxır;

5.7.3. Birliyin cari fəaliyyəti ilə bağlı zəruri məsələləri müzakirə edir.

5.7.4. Birliyin filial və nümayəndələrini açır, onun rəhbərlərini təyin edir;

5.7.5. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid olmayan digər səlahiyyətləri həyata keçirir.

5.8. Birliyin İdarə Heyətinin iclasları zəruri olduqda, lakin ildə bir dəfədən az olmayaraq keçirilir. İdarə Heyətinin iclaslarına sədrlik Birliyin Sədri tərəfindən həyata keçirilir və o, vəzifəsinə görə İdarə Heyətinin üzvü hesab edilir.

5.9. Birliyin Sədri:

5.9.1. Birliyin cari fəaliyyətini təşkil edir;

5.9.2. Birliyin iş planın qəbul edir və onun icrasını təmin edir;

5.9.3. Birliyin icra aparatının üzvlərini təyin edir, onun işini təşkil edir;

5.9.4. Fəaliyyət istiqamətlərinə uyğun olaraq Birliyin ekspert qruplarını və digər strukturlarını yaradır, onların işini təşkil edir;

5.9.5. Öz səlahiyyətləri daxilində müvafiq aktlar qəbul edir;

5.9.6. Birliyin  dövriyyə vəsaiti və pul vəsaiti üzərində sərəncam verir;

5.9.7. Birliyi təmsil edir, onun adından müqavilələr və sazişlər bağlayır;

5.9.8. Ümumi Yığıncağın və İdarə Heyətinin səlahiyyətlərinə aid olmayan digər məsələləri həll edir.

5.10. Birliyin İdarə Heyəti, Sədri və Nəzarət –Təftiş Qrupu Ümumi Yığıncaq tərəfindən beş il müddətinə seçilir.

5.11. Birliyin Ümumi Yığıncağı, İdarə Heyəti və Nəzarət – Təftiş Qrupunun iclasları nümayəndələrin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarlar iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Birliyin İdarə Heyəti və Nəzarət – Təftiş Qrupu üzvlərinin say tərkibi Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. İdarə Heyətinin və Nəzarət Təftiş Qrupunun iclaslarının vaxtı haqqında müvafiq orqanların üzvlərinə ən azı 2 həftə əvvəl məlumat verilir.

 

 6. BİRLİYİN FİLİAL və NÜMAYƏNDƏLİKLƏRİ

 

6.1. Birlik Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər.

6.2. Birliyin filialı onun olduğu yerdən kənarda təşkil edilir və fəaliyyətinin bir hissəsini həyata keçirir.

6.3. Birliyin nümayəndəliyi onun olduğu yerdən kənarda təşkil edilir, Birliyin maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.

6.4. Birliyin filial və nümayəndəliyi hüquqi şəxs deyil, Birliyin əmlakından pay alır və Birliyin Ümumi Yığıncağı tərəfindən təsdiq edilən Əsasnaməyə əsasən fəaliyyət göstərir. Filial və nümayəndəliyin fəaliyyətinə görə Birlik məsuliyyət daşıyır.

6.5. Filial və nümayəndəliklər Birliyin İdarə Heyəti tərəfindən verilən səlahiyyət daxilində fəaliyyət göstərirlər.

 

7. BİRLİYİN MÜLKİYYƏTİ və ƏMLAKININ FORMALAŞMA MƏNBƏLƏRİ

 

7.1. Birliyin mülkiyyətini binalar, qurğular, avadanlıq, inventar, pul vəsaiti, qiymətli kağızlar və bu Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün lazım olan başqa əmlak təşkil edir.

7.2.  Birliyin pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:

7.2.1. Təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

7.2.2. İdarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqqları və ianələr;

7.2.3. Malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;

7.2.4. Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

7.2.5. Qrantlar;

7.2.6. Səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

7.2.7. Sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;

7.2.8. Təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;

7.2.9. Qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

7.3. Birlik əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölməyərək yalnız öz məqsədlərinə nail olunmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirə bilər.

7.4.Birliyin mülkiyyəti üzərində hüquqlar bu Nizamnamə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

7.5. Birliyin birinci maliyyə ili qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət  qeydiyyatına alınma tarixindən başlayır və həmin ilin dekabr ayının 31-də daxil olmaqla tamamlanır. Növbəti maliyyə illəri yanvar ayının 1-dən, dekabr ayının 31-də daxil olmaqla olan dövrü əhatə edir.

 

8. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

 

8.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşdirmə, qoşulma, bölünmə, ayrılma, çerilmə) və ya onun ləğv edilməsi yolları ilə xitam verilir.

8.2. Birliyin başqa təşkilatın ona birləşmə və qovuşma formalarında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan hesab edilir.

8.3. Birliyin ayrılma və bölünmə formalarında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökumət təşkilatlarının təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

8.4. Birliyin çevrilmə formasında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan təşkilatın ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

8.5. Birliyin yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

8.6. Birliyin ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)