BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Mollazadə F.Ə.
(+99412) 596-9020 (iş)

Bəylərov İ. X.
(+99412) 437-3264 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

AZƏRBAYCAN RESPUBLİKASI MEMARLAR İTTİFAQININ TƏSİS ETDİYİ “MEMARLIQ FƏALİYYƏTİNDƏ YÜKSƏK PEŞƏKARLIQ DƏRƏCƏSİ BARƏDƏ” ŞƏHADƏTNAMƏNİN VERİLMƏSİ QAYDALARI

1.    ÜMUMİ MÜDDƏALAR

1.1    Bu Qaydalar Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olmaqla bərabər Beynəlxalq Memarlar İttifaqının (BMİ), bu ittifaqa üzv olan dövlətlər üçün hazırladığı  “Memarlıq praktikasında tövsiyə edilən beynəlxalq peşəkarlıq standartları” əsasında hazırlanmışdır.
1.2    “Memarlıq fəaliyyətində yüksək peşəkarlıq dərəcəsi barədə” Şəhadətnamənin verilməsinin məqsədi (mənası) –cəmiyyətə yüksək peşəkarlıq standartlarına uyğun fəaliyyət göstərən memarları nisbətən aşağı peşakarlıq səviyəli memarlardan ayırmaq imkanı verməkdir. Şəhadətnamənin verilməsi aşağı peşəkarlıq səviyyəli mütəxəssislərin memarlıq xidməti göstərməyinin əleyhinə yönəlməmişdir: sadəcə olaraq bu ad yüksək peşəkarlıq etalonuna uyğun şəxslər barədə mühakimə yürütmək imkanı verir.  

2.    PEŞƏKARLIQ PRİNSİPLƏRİ

2.1    Azərbaycan Respublikası Memarlar İttifaqının təsis etdiyi “Memarlıq fəaliyyətində yüksək peşəkarlıq dərəcəsi barədə “ Şəhadətnamənin iddiaçısı (namizədi) peşəkarlıq, dürüstlük və səriştəlilik prinsiplərinə riayət etməli, şəhərsalma mühitinin sabit inkişafı və cəmiyyətin rifahı üçün əhəmiyyətli olan öz bacarıq və qabiliyyətni cəmiyyətə gətirməlidir.
2.2    Peşəkarlığın əsasını təşkil edən bu prinsiplər BMİ-nın hazırladığı “Memarlıq praktikasında tövsiyə edilən beynəlxalq peşəkarlıq Standartları”nda eləcə də memarın peşəkarlıq əxlaqını müəyyən edən “etika və əxlaq” qaydalarında aşağıdakı kimi açıqlanır:
2.2.1    Səriştəlilik
Memarlar, təhsil prosesində, və təhsildən sonrakı təcrübə mərhələsində, eləcə də işləyərək təcrübə qazanarkən yığdıqları nəzəri və praktiki bilik, bacarıq və ustalığa malik olurlar. Memarın aldığı təhsil və qazandığı təcrübə ona cəmiyyətdə ümumi qəbul edilmiş ixtisasa yararlılıq standartlarına uyğun fəaliyyət göstərməyə imkan verməlidir. Bundan əlavə, memarlardan, peşəkar memarlar birliklərinin əksəriyyətində və xüsusilə də beynəlxalq Memarlar İttifaqında memarlıq sənəti və elmi sahəsində öz bilik və bacarıqlarının inkişaf etdirilməsi, mövcud memarlıq nailiyyətlərinə hörmət və onların artırılmasına öz yaradıcılıq töhfələrini vermək tələb olunur.
2.2.2    Müstəqillik
Memarlar sifarişçini və ya istehlakçını obyektiv və peşəkar məsləhətlə təmin etməlidirlər. Memarlıq sənətinə və elminə xidmət işində memarın müstəqil mülahizəsi bütün başqa fikirlərdən üstün olduğu zaman memarlar bu mülahizəni dəstəkləmək məcburiyyətindədirlər. Memarlar, eyni zamanda, onların fəaliyyətini tənzimləyən qanunlara riayət etməli, öz peşəkar fəaliyyətlərinin sosial və ekoloji nəticələrini nəzərə almalıdırlar.
2.2.3    Öz işinə sədaqət
Memarlar, öz sifarişçiləri və bütün cəmiyyət üçün yerinə yetirdikləri iş prosesində yüksək dərəcədə təmənnasız və sədaqətli olmalıdır. Ixtisasın nümayəndələri, öz sifarişçilərinin maraqlarını ifadə edərkən, qərərsiz və ədalətli mülahizələr yürüdərək səlahiyyətli və peşəkarcasına xidmət göstərməlidirlər.
2.2.4    Məsuliyyət
Memarlar sifarişçiyə təqdim etdikləri müstəqil və lazım gələrsə, tənqidi məsləhətə görə, eləcə də gördükləri işin cəmiyyətə və ətraf mühitə göstərdiyi təsirə görə daşıdıqları məsuliyyəti dərk etməlidir. Memarlar yalnız aldıqları təhsil, və yiyələndikləri praktiki təcrübə nəticəsində özlərinin, həmçinin məsləhətçi qismində işə cəlb etdikləri mütəxəssislərin zəruri ixtisas səviyyəsinə malik olduqlarına əminlik yarandığı zaman peşəkar xidmətlər göstərilməsini öz öhdələrinə götürməlidirlər.

3.    ETİK PRİNSİPLƏR

3.1    Ümumi öhdəliklər

Memarlıq sənəti və elmi sahəsində öz biliklərini dərinləşdirmək memarların ümumi öhdəliklərinə aiddir. Memar, bu sənətin nailiyyətlərinin bütün kompleksini tətbiq və istifadə etməyə və onu zənginləşdirməyə, memarlıq sənətinə, elminə və biznesinə xidmət göstərərkən bütün digər səbəblər qarşısında elmi-əsaslandırılmış və güzəştsiz peşəkar mühakiməyə üstünlük verməyə borcludur.
Standart 3.1.1 Memarlar öz peşəkarlıq fəaliyyətlərinə aid olan bütün sahələrdə bilik və ustalıqlarını daim yüksəltməyə can atmalıdırlar.
Standart 3.1.2 Memarlar estetik mükəmməllik və memarlıq təhsili standartlarının, elmi-tədqiqat fəaliyyəti və praktiki təhsil səviyyəsinin yüksəldilməsinə can atmalıdırlar.
Standart 3.1.3 memarlar, yeri gələrsə, incəsənətin yaxın növlərinin inkişafına kömək göstərməli və inşaat sahsinin inkişaf üçün öz bilik və bacarıqlarını əsirgəməməlidir.
Standart 3.1.4 Memarlar, monitorinq və layihənin gedişinə nəzarət əməliyyatlarıda daxıl olmaqla apardıqları işin səmərəliliyi təmin etməli, öz bürolarının səmərəli işləməsi  üçün tabeliyində kifayət qədər yüksək ixtisaslı personala malik olmalıdırlar.
Standart 3.1.5 Memarın birbaşa rəhbərliyi altında işləyən əməkdaş işi memarın adından yerinə yetirdiyi halda memar, verilmiş tapşırığın icrası üçün həmin şəxsin kifayət qədər səriştəli olmasına məsuliyyət daşıyır.

3.2    Cəmiyyət qarşısında öhdəliklər
Memarların cəmiyyət qarşısında öhdəlikləri onların peşəkarlıq fəaliyətini nizamlayan qanunlara dəqiq riayət etməkdən ibarətdir. Onlar həmçinin, öz yaradıcılıqlarının sosial nəticəsini və ətraf mühitə təsirini nəzərə almalıdırlar.
Standart 3.2.1 Memarlar, yaradıcılıq fəaliyyəti göstərdikləri cəmiyyətin dəyərlər sistemini, eləcə də onun təbii və mədəni irsini qoruyub saxlamalıdırlar. Onlar, gələcəkdə əməklərərinin nəticələrindən faydalanacaq bütün insanların həyat və fəaliyyətinə öz işlərinin təsirini tam dərk edərək ətraf mühitin, bu mühitdəki həyat və yaşam şərtlərinin keyfiyyətinin yaxşılaşdırılmasına can atmalıdırlar.
Standart 3.2.2 Memarlar özlərini və öz peşəkar xidmətlərini yanlış təbliğ etməməlidirlər.
Standart 3.2.3 memarlıq firması özünü ictimaiyyət və mümkün sifarişçilər qarşısında yalnış fikir yaradacaq üsullarla reklam etməməlidirlər.
Standart 3.2.4 Memarlar öz peşəkar fəaliyyətləri zamanı qanuna riayət etməlidirlər.
Standart 3.2.5 Memarlar öz peşəkar xidmətlərini təqdim etdikləri yaxud təqdim etmək fikrində olduqları ölkə və yurisdiksiyalarda qüvvədə olan etika və davranış məcəllələrinə, eləcə də qanunlara riayət etməlidirlər.
Standart 3.2.6 Memarlar, yeri gələrsə, ictimai həyatda vətəndaş və peşəkar kimi iştirak etməli və ictimaiyyəti memarlıq problemləri ilə tanış etməyə çalışmalıdırlar.

3.3    Sifarişçi  qarşısında öhdəliklər
Memarların sifarişçilər qarşısında öhdəlikləri öz işini dürüst, vicdanlı, və peşəkarcasına yerinə yetirməkdən ibarətdir. Memarlar öz xidmətlərini təqdim edərkən müvafiq texniki və peşəkar standartlara əsaslanan qərəzsiz mühakimə yürütməlidirlər. Memarlığın bütün təzahürlərində: incəsənət,elm və biznesdə əsaslandırılmış elmi və peşəkar mühakimə bütün başqa mühakimələrdən üstün tutulmalıdır.
Standart 3.3.1 Memarlar yalnız kifayət qədər bilik və bacarığa malik olduqlarına əminlik yarandığı zaman öz peşəkar fəaliyyətlərinə başlamalıdırlar. Onlar həmçinin, hər bir konkret sifarişə görə öz sifarişçiləri qarşısında bütün öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət edəcək maliyyə və texniki vəsaitlə təmin ediləcəklərinə əmin olmalıdırlar.
Standart 3.3.2 Memarlar öz peşəkar fəaliyyətlərini lazımi məharət və ustalıqla mükəmməl həyata keçirməlidirlər.
Standart 3.3.3 Memarlar öz peşəkar fəaliyyətlərini əsassız yubanmaya yol vermədən və bacardıqları qədər razılaşdırılmış müddətdə yerinə yetirməlidirlər.
Standart 3.3.4 Memarlar, sifarişçinin adından aparılan işin gedişi barədə, eləcə də görülən işlərin keyfiyyətinə və qiymətinə təsir edə biləcək hər hansı məsələlər barədə öz sifarişçisini xəbərdar etməlidirlər.
Standart 3.3.5 Memarlar öz müştəriləri üçün yaratdıqları əsərə görə məsuliyyəti öz üzərlərinə götürməli və yalnız özlərinin və işə götürdükləri işçilərin zəruri ixtisas səviyyəsinə malik olduqlarına əminlik yarandığı zaman peşəkar xidmət göstərməyə razı olmalıdırlar.
Standart 3.3.6 Tərəflər, işin görülməsi üçün memar təyin edilməsi şərtləri barədə yazılı razılaşmaya nail olmayanadək memarlar peşəkar fəaliyyətə başlamamalıdırlar. Xüsusi olaraq aşağıdakı məsələlər dəqiqləşdirilməlidir:
-    işin həcmi;
-    məsuliyyətin bölüşdürülməsi;
-    məsuliyyətin hər hansı məhdudiyyəti;
-    mükafatlandırılma yaxud onun hesablanması üsulu;
-    işin dayandırılmasının bütün mümkün şərtləri.
Standart 3.3.7 Memarlar yalnız yazılı razılaşmada sadalanan qonorarlar və ya digər növ ödənişlər şəklində haqq ala bilərlər.
Standart 3.3.8 Memarlar tərəfindən sifarişçilərə kontrakt bağlamağa səbəb olacaq heç bir stimul təklif edilməməlidir.
Standart 3.3.9 Memarlar öz sifarişçilərinin işləri barədə məxfiliyə riayət etməli və xüsusi olaraq əldə edilmiş məlumatı sifarişçinin qabaqcadan razılığı olmadan, yaxud başqa qanuni hakimiyyət orqanın tələbi olmadan (məsələn, xüsusi məlumatın açıqlanması məhkəmə hökmünə görə tələb olunarsa) yaymamalıdır.
Standart 3.3.10 Memarlar maraqların münaqişəsinə səbəb kimi qələmə verilə biləcək mühüm vəziyyətləri sifarişçilərə, sahibkarlara yaxud podratçılara açıqlamalı, bu münaqişənin həmin şəxslərin qanuni maraqlarına toxunmadığına, yaxud memarın digər şəxslərlə müqaviləyə riayət haqda qərəzsiz mühakimə yürütməsi borcuna zidd olmadığına əmin olmalıdırlar.

3.4    Peşə qarşısında öhdəliklər
Memarlar peşənin ləyaqətini və idealların möhkəmliyini qoruyub  saxlamağa borcludurlar və özlərini bütün hallarda, başqalarının qanuni hüquqlarına və maraqlarına münasibətdə hörmətcil aparmalıdırlar.

Standart 3.4.1 Memarlar öz peşəkar fəaliyyətlərini dürüst və qərəzsiz həyata keçirməlidirlər.
Standart 3.4.2 Memar, hər hansı memarlar siyahısından adı silinmiş ( öz xahişi ilə çıxarılma istisna olmaqla) şəxsi, yaxud rəsmi qəbul olunmuş memarlar təşkilatının üzvlüyündən kənar edilmiş şəxsi tərəf-müqabil (portnyor) etməməli və onunla ortaq iş aparmamalıdır.
Standart 3.4.3 Memarlar öz hərəkətləri ilə peşənin şərəf və ləyaqətini qoruyub saxlamağa kömək etməli, bu peşənin nümayəndələrinin və əməkdaşlarının da öz davranışlarında həmin standartlara riayət etmələrini təmin etməlidirlər ki, heç bir hərəkət yaxud əməl onların işlədikləri və onlarla işləyən insanların etibarını sarsıtmasın və memarlarla iş görən ictimaiyyət nümayəndələri faktların təhrif edilməsidən, dələduzluq və yalandan qorunmuş olsunlar.
Standart 3.4.4 Memarlar, gücləri çatdıqca , memarlar biliklərinin, mədəniyyətinin və təhsilinin inkişafını öz yaradıcılıq töhfələri ilə zənginləşdirməyə an atmalıdırlar.

3.5    Həmkarlar qarşısında öhdəliklər
Memarlar, həmkarlarının peşəkar ambisiyalarını və sərf etdikləri zəhməti, həmçinin digər şəxslər tərəfindən sərf olunan zəhməti etiraf etməklə yanaşı öz hüquqlarının da qorunmasını tələb etməlidirlər.
Standart3.5.1 Memarlar həmkarlarına münasibətdə irqi,dini,əlilik ,ailə vəziyyəti yaxud cinsi ayrı-seçkiliyə( diskriminasiyaya) yol verməməlidirlər.
Standart 3.5.2 Memar digər memarın intelektual mülkiyyətini mənimsəməməli, həmçinin ideyanın əsl müəllifi olan memara istinad etmədən onun ideyalarının üstünlüklərindən qanunsuz olaraq istifadə etməməlidirlər.
Standart 3.5.3 Müstəqil məsləhətçi kimi xidmət göstərdiyi zaman memarlar, iş barədə təklif almamış qonorarın məbləğini təyin etməməlidirlər. Öz qonorarları barədə təklif hazırlamaq imkanı əldə etmək üçün onlar layihə üzrə işlərin həcmi və mahiyyəti haqda kifayət qədər məlumata malik olmalıdırlar. Bu təklifdə, sifarişçini və  cəmiyyəti tələb olunan pul vəsaitinin memar tərəfindən( sifariş almaq məqsədilə) yol verilməz dərəcədə aşağı salınmaqdan qorumaq üçün, həmin qonorar müqabilində göstərilən xidmətlər aydın əks etdirilməlidirlər.
Standart 3.5.4 Memar, müstəqil məsləhətçi kimi xidmət göstərərkən, həmin xidmətlər müqabilində başqa memarların istədiyi qonorarın məbləğinə görə öz qonorarının məbləğini dəyişməli deyil. Bu , müştərini və cəmiyyəti tələb olunan pul vəsaitinin memar tərəfindən yol verilməz dərəcədə azaldılmasından müdafiə etmək üçün nəzərdə tutulmuşdur.
Standart 3.5.5 Memar, digər memarı təyinatdan sıxışdırmağa cəhd etməməlidir.
Standart 3.5.6 Memarlar, BMİ-nin yaxud onun seksiyalarının qəbul edilməz elan etdikləri memarlıq müsabiqələrində iştirak etməməlidirlər.
Standart 3.5.7 Hər hansı müsabiqənin münsiflər heyətinin üzvü-eksperti təyin olunmuş memarlar sonradan bu işlə əlaqədar heç bir başqa təyinatda çıxış etməməlidirlər.
Standart 3.5.8 Memarlar, başqa memarın işini pis niyyətlə, yaxud ədalətsizliklə tənqid etməməli və ya nüfuzdan salmağa çalışmamalıdırlar.
Standart 3.5.9 Əgər memara hər hansı layihənin yaxud digər peşəkar işin icrası ilə məşğul olmaq təklifi ilə müraciət olunarsa və əgər memar bu işin yerinə yetirilməsi üçün həmin sifarişçinin həmin layihə yaxud peşəkar işə hal-hazırda başqa bir memarın təyin olunması haqda bilirsə yaxud sorğu-sual nəticəsində əmin ola bilərsə, həmin memarı bu haqda xəbərdar etməlidirlər.
Standart 3.5.10 Başqa bir memarlıq işi haqda öz fikrini bildirmək üçün dəvət olunmuş memarlar, əgər bu hərəkət nəzərdə tutulan yaxud artıq gedən məhkəmə prosesinə zərər vuracaq kimi qiymətləndirilməzsə, bu fakt haqda həmin memara məlumat verməlidirlər.
Standart 3.5.11 Memarla öz ortaqları və əməkdaşları üçün müvafiq iş şəraitini təmin etməli, onların əməklərinin qarşılığını ədalətlə ödəməli və onların peşəkar inkişafna kömək göstərməlidir.
Standart 3.5.12 Memarlar öz şəxsi və peşəkar pul vəsaitlərinin hüquqi cəhətdən qanuni və düşünülmüş şəkildə sərf edilməsini təmin etməlidirlər.
Standart 3.5.13 Öz  peşəkar reputasiyasını tərtib edərkən memarlar, öz işlərinin və göstərdikləri xidmətlərin məziyyətlərinə istinad etməli, eyni zamanda onlar digər memarların yerinə yetirdikləri peşəkar işi bəyənərək qəbul etməli və layiqincə qiymətləndirməlidirlər.

4.    MEMARLIQ FƏALİYYƏTİ ÇƏRÇİVƏSİNDƏ TƏQDİM OLUNAN ƏSAS XİDMƏTLƏR

Memarlar, şəhərsalma mühitinin yaradılması üçün əhəmiyyətli olan 7 əsas istiqamətlər üzrə peşəkar xidmətlər təklif edirlər.
4.1     Layihə menecmenti (layihənin aparılmasının idarə edilməsi)
-    Layihə briqadasının yaradılması və idarə edilməsi;
-    təqvim planlaşdırılması və işlərə nəzarət;
-    layihə smetasına əməl edilməsinə nəzarət;
-    sifarişçi ilə razılaşma prosesi;
-    müvafiq dövlət orqanlarından təsdiqlərin alınması proseduru;
-    işlərin məsləhətçilərlə və mühəndislərlə koordinasiyası;
-    binanın sahibi tərəfdən istifadəyə başlanmasından sonra vəziyyətinin qiymətləndirilməsi.
4.2    Tədqiqatların aparılması və planlaşdırma
-    ərazinin analizi;
-    layihənin məqsədlərinin və onun həyata keçirilməsi şərtlərinin müəyyən edilməsi;
-    layihənin konseptual planlaşdırılması;
4.3    İnşaat zamanı çəkilən xərclərə nəzarət
-    İnşaatın dəyərinin qabaqcadan qiymətləndirilməsi;
-    İnşaatın memar tərəfindən sifarişçiyə təklif olunan dəyərinin müəyyən edilməsi;
-    İnşaatın maksimal qənaətli prosesinin hazırlanması;
-    İnşaat mərhələsində çəkilən xərclərin səviyyəsinə nəzarət.
4.4    Layihələndirmə
-    Sifarişçinin tələblərinin və layihənin həyata keçirilməsi şərtlərinin təsdiq edilməsi;
-    İnşaat sənədlərinin layihələndirilməsi və buraxılışı;
-    Təsdiq olunmaq üçün layihənin sifarişçiyə təqdim olunması.
4.5    İnşaat xidmətlərinin əldə edilməsi( podratçılar müəyyən edilməsi və işə götürülməsi)
-    İnşaat xidmətləri tədarükçülərinin seçilməsi;
-    İnşaat podratlarının hazırlanması və razılaşdırması prosesi;
-    İnşaat kontraktlarının bağlanılması zamanı köməklik.
4.6    Kontraktın idarə edilməsi
-    İnşaatın idarə  edilməsi zamanı köməklik göstərilməsi;
-    Layihənin tapşırıqlarının aydınlaşdırılması, eləcə də keyfiyyətə nəzarət və onun yoxlanılması;
-    Ərazidə aparılan işlərin müşahidəsi, təftişi və hesabatı;
-    Dəyişikliklər haqda sərəncamların verilməsi və yerində düzəlişlər edilməsi.
4.7    Tikilinin istifadəsinin və texniki xidmətinin planlaşdırılması
-    Mülkiyyətin idarə edilməsinə köməklik göstərilməsi;
-    Binanın texniki xidmətinin təşkilinə köməklik göstərilməsi;
-    Obyektin sahibi tərəfindən istifadə edilməsinə başlandıqdan sonra nəzarət.
Memarların göstərdikləri xidmətlər yuxarıda əsas xidmətlərin təklif edilməsi ilə məhdudlaşmır. Şəhərsalma, tarixi tikililərin bərpası, mövcud binaların yenidənqurması və bir çox digər xidmətlər də təklif olunur. Memarların müvafiq təhsilə, və iş təcrübəsinə əsaslanaraq işləyəcəklərii bütün sahələrdə bu kimi xidmətlər təklif olunur.

5.    XARİCİ ÖLKƏDƏ PRAKTİKA (FƏALİYYƏT)

Memarların xarici ölkələrdə işləmək marağı müvcuddur. Bu zaman onlar, yerli mühitin xüsusiyyətlərini, yerli sosial və mədəni amilləri, eləcə də getdikləri ölkənin etik və hüquqi standartlarını bilməli və nəzərə almalıdırlar.
Qeydiyyatda olmadıqları ölkədə yerləşən obyekt üzrə memarlıq xidmətləri təqdim edən memarlar, yerli mühitin, tarixi irsin, eləcə də yerli hüquqi, sosial və məədəni amillərin lazimi dərəcədə və effektiv anlamlarının təmin edilməsi məqsədilə yerli memarla əməkdaşlıqetməlidirlər. Belə assosiasiyanın şərtləri yalnız cəlb edilmiş tərəflər tərəfindən müəyyən olunmalı və BMİ-nin etik standartlarına və yerli hüquqi aktlara və qanunlara uyğun olmalıdırlar.

6.    “MEMARLIQ FƏALİYYƏTİNDƏ YÜKSƏK PEŞƏKARLIQ DƏRƏCƏSİ” BARƏDƏ ŞƏHADƏTNAMƏNİN VERİLMƏSİ QAYDASI

6.1. “Memarlıq fəaliyyətində yüksək peşəkarlıq dərəcəsi barədə” Şəhadətnamənin iddiaçısı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun memarlıq fəaliyyəti ilə məşğul olan (pedaqoji və elmi fəaliyyəti istisna etməklə) lisenziyalı hər hansı Azərbaycan vətəndaşı (habelə, Qaydalarda nəzərdə tutulmuş tələblərə cavab verən xarici vətəndaşlar) ola bilər.
6.2. “Memarlıq fəaliyyətində yüksək peşəkarlıq dərəcəsi barədə” Şəhadətnamənin verilməsinə layiq görülmüş namizədlər Azərbaycan Memarlar İttifaqının Katibliyinin qərarı ilə təsdiqlənir.
6.3.  “Memarlıq fəaliyyətində yüksək peşəkarlıq dərəcəsi barədə” Şəhadətnamənin verilməsi əsasən Beynəlxalq Memarlıq Günü qeyd olunan zaman həyata keçirilir.
6.4. Şəhadətnamə Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə heyətinin sədri və yaxud onu əvəz edən şəxs tərəfindən təqdim olunur.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)