BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Mollazadə F.Ə.
(+99412) 596-9020 (iş)

Bəylərov İ. X.
(+99412) 437-3264 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

1. Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

 

  • Əbdülrəhimov Ramiz Həmid oğlu
  • Əmirxanov Afis Yusif oğlu
  • Quliyev Feyzulla Ağasəfər oğlu.

        2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2016-cı il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

 

Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:

  • Babakişiyev Rasim Calal oğlu
  • İbrahimov İbrahim Məmmədhüseyn oğlu
  • Kiryaşov Yevqeniy Mixayloviç
  • Qarber Aleksandr Aronoviç
  • Qədirov Cəmaləddin Bəy oğlu
  • Molla-zadə Fərhad Ədhəm oğlu
  • Musaxanov Kəmal Ağa Paşa oğlu
  • Vəliyev Nazim Oruc oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2016-cı il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

  • Ağazadə Rüfət Rüfət oğlu
  • Axundov Cahangir Rifaətoviç
  • Bayramov Rizvan Mustafa oğlu
  • Hacıyeva Səbinə Xalid qızı
  • İbrahimli Yusif Mahmud oğlu
  • Məlikov Natiq Ağa Rza oğlu
  • Məmmədov Kamil Müzəffər oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2016-cı il.

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Artur Rasi-zadə                   – Azərbaycan Respublikasının baş naziri

Komissiyanın üzvləri

Elçin Əfəndiyev                   – Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə                        – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev                 – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Oqtay Şirəliyev                    – Azərbaycan Respublikasının səhiyyə naziri

Mikayıl Cabbarov                – Azərbaycan Respublikasının təhsil naziri

Abbas Ələsgərov                 – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və  Arxitektura Komitəsinin sədri

Arif Mehdiyev                      – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri

İsmayıl Sadıqov                   – Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri

İbrahim Quliyev                  – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsa Həbibbəyli                     – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsmayıl Hacıyev                   – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Əhliman Əmiraslanov       – Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi

Ömər Eldarov                     – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Abel Məhərrəmov             – Bakı Dövlət Universitetinin rektoru

Siyavuş Kərimi                   – Azərbaycan Milli Konservatoriyasının rektoru

Çingiz Abdullayev              – Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov                    – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Altay Hacıyev                     – xalq rəssamı

Arif Məlikov                       – xalq artisti

Şəfiqə Məmmədova        – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Elbay Qasımzadə             – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Mövlud Süleymanlı         – xalq yazıçısı

Məhərrəm Qasımlı         – Azərbaycan Aşıqlar Birliyinin sədri

2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1515)1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart, 2016-cı il

      № 854

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)