BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Mollazadə F.Ə.
(+99412) 596-9020 (iş)

Bəylərov İ. X.
(+99412) 437-3264 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

1. Kollegiyanın formalaşması

1.1.    Kollegiya “Azərbaycan Memarlar İttifaqının Peşəkarlıq etikası Kollegiyasının seçilməsi haqqında Müddəalar”a uyğun formalaşır.
1.2.    Kollegiya qurultaylararası mərhələdə Azərbaycan Memarlar İttifaqının İdarə heyəti qarşısında cavabdehdir.

2. Ümumi müddəalar

2.1.    Kollegiya öz fəaliyyətində Peşəkarlıq etikası Məcəlləsini, Azərbaycan Memarlar İttifaqının Nizamnaməsini və Azərbaycan Respublikasının qanunlarını rəhbər tutur.
2.2.    Kollegiyanın üzvləri öz fəaliyyətlərini konflikt vəziyyətinə düşmüş tərəflərin şərəf və ləyaqətlərinin qorunması prinsipləri əsasında qurmalıdırlar.
2.3.    Kollegiyanın qəbul etdiyi qərarlar yalnız sənədlərlə təsdiq olunmuş faktlara, konflikt vəziyyətə düşmüş tərəflərin şahidliyinə əsaslanmalı və Peşəkarlıq etikası Məcəlləsi prinsiplərinin pozulması dərəcəsini müəyyənləşdirərək, onların aradan qaldırılmasına xidmət etməlidir.
2.4.    Kollegiya öz səlahiyyətləri daxilində məsləhətlər vermək və ekspertiza keçirmək məqsədilə işçi qruplar yaratmaq hüququna malikdir.
2.5.    Kollegiya tərəfindən təqsirkar bilinmiş şəxsin məsuliyyəti aşağıdakı qaydada müəyyənləşdirilir:
        * Azərbaycan Memarlar İttifaqı tərəfindən ictimai tənbeh tədbirlərinin görülməsinə səbəb ola biləcək məsuliyyət;
        * Səlahiyyətli orqanlar tərəfindən görüləcək tədbirlərə səbəb ola biləcək məsuliyyət.

3. Kollegiyanın fəaliyyətinin məqsədi

3.1.    Kollegiya Memarlar İttifaqının üzvlərindən, yerli və regional təşkilatlarından, başqa hüquqi və fiziki şəxslərdən yaranmış konfliktlərə dair daxil olan müraciətləri təhlil edir.
3.2.    Kollegiyanın fəaliyyətinin məqsədi, yaranmış konfliktlərin səbəblərinin müəyyənləşdirilməsi, zərər çəkmiş tərəfin hüquqlarının, maraqlarının, şərəf və ləyaqətinin müdafiəsinin təmin olunmasıdır.
3.3.    Konfliktlərin araşdırılması tərəflərin iştirakı ilə aparılır. Qərarlar qəbul olunarkən dostluq, işgüzar dialoq, inandırma, fikir mübadiləsi azadlığı, azlığın mövqeyinə təzyiq göstərilməməsi prinsiplərinə üstünlük verilir.

4. Kollegiyanın hüquq və vəzifələri

4.1.    Kollegiya yaranmış konflikt münasibətlərə aşağıdakı mövqedən yanaşır:
        - konflikt münasibətlərinin yaranma şəraiti;
        - tərəflərin münasibətlərini müəyyənləşdirən sənədlərin mövcudluğu;
        - tərəflərdən birinin hərəkətlərində qəsdli münasibətin mövcudluğu və onun nəticələrinin ağırlıq dərəcəsi;
        - görüləcək tədbirlərin təsirlilik dərəcəsi.
4.2.    Kollegiya öz qərarlarından başqa, əlavə tədbirlərin görülməsi üçün aşağıdakı orqanlara müraciət etmək hüququna malikdir:
        - Memarlar İttifaqının təşkilatlarına;
        - texniki, ekspert, memarlıq və şəhərsalma şuralarına;
        - səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş tender, münsiflər və başqalarına;
        - səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş dövlət idarəetmə və hüquq-mühafizə orqanlarına.

5. Kollegiya tərəfindən müəyyənləşdirilən təsir vasitələrinin xüsusiyyətləri və dərəcələri

5.1.    Konfliktin dostluq, işgüzarlıq şəraitində həll olunacağı təqdirdə onun məxfi saxlanılması. Digər hallarda Kollegiya, yaranacaq təhlükənin aradan qaldırılması məqsədini məxfiliyin saxlanmasından üstün tutur.
5.2.    Peşəkar təsirli tənbeh tədbirləri yaranmış konfliktin xarakterindən, dərinliyindən və təqsirkara qarşı tədbir görəcək təşkilatın hüquq və imkanlarından asılı olaraq qəbul olunur. Kollegiya, istənilən halda tərəflərin hüquqlarını eyni səviyyədə qoruyur.
      Təqsirkar kimi təsbit edilmiş tərəfə qarşı aşağıdakı tədbir növləri tətbiq edilir:
    - şifahi tənbeh;
    - Azərbaycan Memarlar İttifaqı tərəfindən ictimai qınaq;
    - səlahiyyətləri daxilində Azərbaycan Memarlar İttifaqı tərəfindən ona qarşı təsir tədbirlərinin görülməsi;
    - Konfliktin xarakterinin və ona Kollegiya tərəfindən verilmiş qiymətin kütləvi informasiya vasitələrində işıqlandırılması;
    - təqsirkarın İttifaq üzvlüyündən xaric olunması haqda Azərbaycan Memarlar İttifaqı qarşısında vəsadət qaldırılması.

     Cəmiyyətin  iqtisadi  və  mədəni  inkişafında  memarlığın  rolunu  və özünün cəmiyyət qarşısında məsuliyyətini dərk edərək, cəmiyyətə öz biliyini, təcrübəsini və istedadını verərək -
     Öz fəaliyyətində peşəkarlığı, biliyi və doğruluğu əsas prinsiplər kimi qəbul edərək –
     Memarlıq əsərlərinin yaradılması prosesinin iştirakçıları arasında (memarlar, sifarişçilər, başqa sahələrin mütəxəssisləri) yüksək etik normaların təsdiqlənməsi və memarlığın rolunun artması naminə çalışaraq –
     Azərbaycan Respublikasının “Memarlıq fəaliyyəti haqqında”, “Şəhərsalmanın əsasları haqqında” və başqa qanunlara istinad edərək, Azərbaycan Memarlar İttifaqının Nizamnaməsini əsas tutaraq –
     Memarların Beynəlxalq Mənəvi Məcəlləsini tanıyaraq
     Azərbaycan Memarlar İttifaqı Peşəkarlıq etikası Məcəlləsini memarlar üçün mütləq riayət etməli davranış qaydası kimi qəbul edir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)