BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Mollazadə F.Ə.
(+99412) 596-9020 (iş)

Bəylərov İ. X.
(+99412) 437-3264 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

Bakı Qətnaməsi

9 oktyabr 2015-ci il

İkinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qaliblərini müəyyən etmək üçün 9 oktyabr 2015-ci il tarixində Bakıda toplantı keçirən Beynəlxalq Memarlar İttifaqının (UIA) Münsiflər heyəti, regional münaqişələr zamanı böyük tarixi, mədəni, etnik və dini əhəmiyyət kəsb edən binaların və obyektlərin qəsdən məhv edilməsi ilə əlaqədar dərin narahatlığını ifadə edib. Münsiflər heyəti son zamanlar  Suriyada, Əfqanıstanda, Livanda, Azərbaycanın Dağlıq Qarabağında, Malidə, Cibutidə və digər yerlərdə baş verən hadisələri qeyd edir. Həmin ərazilərdə böyük humanitar dəyər kəsb edən incəsənət  əsərləri, ikonlar, binalar və obyektlər, münaqişələr zamanı müəyyən hədəflər kimi qəsdən və yaxud bilmədən vurulan zərər nəticəsində məhv edilmişdir. Münsiflər heyəti dünyanın partiyalarını və hökumətlərini münaqişələrin sülh yolu ilə həll edilməsinə və dini, bədii, mədəni və etnik əsərlərin və rəmzlərin qəsdən məhv olunmasının qarşısının alınmasına və buna yolverilməməsinə çağırır. Münsiflər heyəti bütün dünya memarlarına xitabən ilk fürsətdə bu məsələlərlə bağlı xüsusi konfransın keçirilməsi təklifini irəli sürür.

Thomas Vonier (ABŞ) –   Beynəlxalq Memarlar İttifaqının Baş katibi,

                                     İkinci Bakı Beynəlxalq Memarlıq müsabiqəsinin Münsiflər heyətinin sədri;

Elbay Qasımzadə (Azərbaycan) - Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri,

                                     Münsiflər heyətinin üzvü;

Michel Barmaki (Livan) - Beynəlxalq Memarlar İttifaqının sabiq Baş Katibi,

                                    Münsiflər heyətinin üzvü;

Vassilis Sgoutas (Yunanıstan) -   Beynəlxalq Memarlar İttifaqının sabiq Prezidenti,

                                    Münsiflər heyətinin üzvü;

Hayder Ali (Sudan) - Beynəlxalq Memarlar İttifaqının Vitse Prezidenti,

                                    Münsiflər heyətinin üzvü.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)