Memarların Nəzərinə

Hörmətli həmkarlar və dostlar!

 

Son zamanlar Azərbaycan Memarlar İttifaqına «Bakı memarlıq klubu» adı ilə fəaliyyət göstərən qurum barədə tez-tez müraciətlər daxil olur. Əksəriyyətini gənclər təşkil edən həmkarlarımızın bu müraciətlərində bildirilir ki, sözügedən klubun nümayəndələri gənc memarları öz fəaliyyətlərinə cəlb etməyə cəhd göstərərək, klubun fəaliyyətinin tam qanuni olduğuna və Azərbaycan Memarlar İttifaqına çox yaxın olduğuna inandırmağa çalışırlar.

Bütün məsuliyyəti ilə bildiririk ki, bu fikir həqiqətdən uzaqdır, hətta daha dəqiq desək, Yalandır.

Həm dövlətimiz, həm də ölkəmizin peşəkar memarlıq ictimaiyyəti tərəfindən qəbul edilmiş yeganə qanuni ictimai təşkilatı olan Azərbaycan Memarlar İttifaqının fəaliyyəti,  milli memarlığımızın möhkəmlənməsi və çiçəklənməsi naminə, memarlıq sənətinin biliklərinin, təcrübəsinin, istedadının qüvvətlənməsinə  yönəlmişdir.

Bizim səylərimiz, habelə, Azərbaycan milli memarlıq məktəbinin nümayəndələrinin mövqeyinin beynəlxalq cəmiyyətdə möhkəmləndirilməsinə  istiqamətlənmişdir.

Bizim səylərimiz, habelə, Azərbaycan milli memarlıq məktəbinin nümayəndələrinin mövqeyinin beynəlxalq cəmiyyətdə möhkəmləndirilməsinə  istiqamətlənmişdir. Bunun bariz sübutu – memarlarımızın beynəlxalq müsabiqələrdə və forumlarda uğurlu iştirakı və Azərbaycanda müntəzəm olaraq beynəlxalq müsabiqələrin və festivalların keçirilməsidir.       

Memarın cəmiyyətdə yerini möhkəmləndirmək, öz xalqına və sevdiyi sənətinə sədaqətlə xidmət etmək arzusunu hiss edərək,  parçalanmaya yönəlmiş addımlar atmaq qeyri-mümkündür.

Öz istedadlı gənclərimizi Azərbaycan Memarlar İttifaqının üzvləri sırasında layiqli yerlərini tutmağa, Azərbaycan milli memarlığımızın kamil ustadlarını isə bizim yaradıcılıq ittifaqında öz quruculuq və tərbiyəvi fəaliyyətlərini davam etdirməyə dəvət edirik.

Azərbaycan Memarlar İttifaqının Katibliyi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)