Üçüncü Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi

       Üçüncü Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirilmə qaydaları

       Ümumi müddəalar.

     Bakı Beynəlxalq Memarlıq müsabiqəsi, Beynəlxalq Memarlar İttifaqının (UIA) dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən iki ildə bir təşkil edilən açıq müsabiqədir.
     Qürur hissi ilə bildiririk ki, 2015-ci ildə keçirilən İkinci müsabiqəyə dünyanın 34 ölkəsindən olan iştirakçıların əsərləri təqdim edilmişdi və 12 ölkənin nümayəndələri bu müsabiqənin qalibləri olmuşdular: Banqladeş, İspaniya, Portuqaliya, Yaponiya, Azərbaycan, Ukrayna, Almaniya, İtaliya, Vyetnam, Sinqapur, Qırğızıstan və Rusiya.

        Məqsəd və vəzifələr.

     Müsabiqənin əsas məqsədi – şəhərsalma və memarlıq həllərinin inkişafı və həyata keçirilməsi, binaların və tikililərin daha mənalı layihələndirilməsi, kompozisiya, həcm-məkan həllərinin axtarışı üçün yeni ideyaların aşkara çıxarılması; maksimal müxtəlifliyə nail olmaq üçün konstruktiv ideyaların həyata keçirilməsidir.

       Müsabiqə nominasiyaları.

       Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

  •  A – «İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə»
  • B – «Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə»
  • C – «Həyata keçirilmiş ən yaxşı interyer»
  • D – «Həyata keçirilməmiş ən yaxşı layihə» 
  • E – «Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə»
  • F – «Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə»
  • G – «Memarlıq sahəsində ən yaxşı nəşr»
  • H – «Memarlıq sahəsində ən yaxşı jurnalist işi və tənqid» (internetdə yaxud dərc olunmuş).

       Müsabiqənin şərtləri.

       Müsabiqədə, öz ölkəsində memarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq ixtisasa malik diplomlu memarlar iştirak edə bilərlər.
       Hər bir iştirakçı hər nominasiya üzrə yalnız bir layihə təqdim edə bilər; iştirak pulsuzdur.

      Sual –Cavab

      Müsabiqə proseduru ilə bağlı suallar aşağıdakı ünvana göndərilə bilər: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.. Sualların cavabları iştirakçılara Memarlar İttifaqı tərəfindən elektron poçt vasitəsilə çatdırılacaqdır.

      Müsabiqəyə təqdim olunan materiallar.

      Müsabiqədə iştirak üçün aşağıdakılar təqdim olunmalıdır:

  • Müsabiqə iştirakçısı tərəfindən çap hərfləri ilə doldurulmuş Qeydiyyat forması;
  • təqdim olunan obyektin planları, fasadları, fotoşəkilləri; qrafik materiallar 80x100 sm formatlı planşetlərdə, şaquli vəziyyətdə, hər layihəyə dair 2 (iki) planşetdən artıq olmamaq şərtilə təqdim olunur;
  • A4 formatlı 2 səhifə həcmində təqdim olunan izahat mətni;
  • G və H nominasiyaları üzrə işlər təqdim edən iştirakçılar, işin mətni ingilis dilində olmadığı təqdirdə, təxminən 300 söz həcmində ingiliscə xülasə təqdim etməlidirlər;
  • bütün iştirakçılar, təqdim olunan əsərin daha əvvəl Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibi olmadığını təsdiq etməlidirlər.

     Müsabiqənin işçi dilləri:

     Müsabiqə azərbaycan, rus və ingilis dillərində keçirilir.

     Anonimlik.

    Müəlliflərin anonimliyini təmin etmək məqsədilə layihələr, müsabiqəyə təqdim olunan bütün materialların yuxarı sağ küncündə yerləşdirilən devizlərlə (nominasiyanın adına uyğun hərf və 6 rəqəmlə) işarələnir. Möhürlənmiş İdentifikasiya zərflərinin içinə müəllif və yaxud müəllif qrupu haqda məlumat (müəlliflərin soyadı, adı, atasının adı, telefon nömrələri, ünvanları, şəxsiyyət vəsiqəsinin surəti, ixtisası təsdiq edən sənədin surəti, müəlliflərin layihədə iştirak dərəcəsinə görə mükafatın paylanmasının faiz nisbəti), eləcə də layihənin elektron versiyası qoyulur. Elektron versiyası olmayan işlər müsabiqəyə qəbul olunmur!

    Mükafatlar.

    Mükafat fondu təşkilatçılar tərəfindən 52.500 AZN məbləğındə müəyyən edilmişdir.
    Mükafat fondu nominasiyalar üzrə aşağıdakı kimi bölüşdürülür:

  • A – «İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə»

       Birinci mükafat 4000 AZN, İkinci mükafat 2500 AZN, Üçüncü mükafat 1000 AZN.

  • B – «Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə»

       Birinci mükafat 4000 AZN, İkinci mükafat 2500 AZN, Üçüncü mükafat 1000 AZN.

  • C – «Həyata keçirilmiş ən yaxşı interyer»

        Birinci mükafat 4000 AZN, İkinci mükafat 2500 AZN, Üçüncü mükafat 1000 AZN.

  • D – «Həyata keçirilməmiş ən yaxşı layihə»

        Birinci mükafat 4000 AZN, İkinci mükafat 2500 AZN, Üçüncü mükafat 1000 AZN.

  • E – «Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə»

        Birinci mükafat 4000 AZN, İkinci mükafat 2500 AZN, Üçüncü mükafat 1000 AZN.

  • F – «Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə»

       Birinci mükafat 4000 AZN, İkinci mükafat 2500 AZN, Üçüncü mükafat 1000 AZN.

  • G – «Memarlıq sahəsində ən yaxşı nəşr»

        Birinci mükafat 2000 AZN, İkinci mükafat 1250 AZN, Üçüncü mükafat 500 AZN.

  • H – «Memarlıq sahəsində ən yaxşı jurnalist işi və tənqid» (internetdə yaxud dərc olunmuş).

        Birinci mükafat 2000 AZN, İkinci mükafat 1250 AZN, Üçüncü mükafat 500 AZN.

      Beynəlxalq münsiflər heyəti:

      Müsabiqə layihələrinin qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə Beynəlxalq Münsiflər heyəti müəyyən olunmuşdur:

      Vassilis Squtas (sədr), BMİ sabiq Prezidenti, Yunanıstan
      Mişel Barmaki, BMİ sabiq Baş Katibi, Livan
      Hayder Ali, BMİ V region Vitse Prezidenti, Sudan
      Frédéric Raqo, BMİ I region Şura üzvü, Fransa
      Elbay Qasımzadə, Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri.

   Beynəlxalq münsiflər heyətinin üzvləri müsabiqədə iştirak etmək və müsabiqə iştirakçıları ilə hər hansı bir əlaqədə olmaq hüququna malik deyillər. İştirakçıların sualları yalnız müsabiqənin təşkilatçıları tərəfindən cavablandırıla bilər. Münsiflər heyəti, üzvlərinin ən azı 2/3-nin səsi olduğu halda öz işini aparmaqda səlahiyyətli hesab olunur.
Münsiflər heyəti bütün işləri yoxlayır və yuxarıda sadalanan tələblərə cavab verməyənləri kənar edir.
   Münsiflər heyətinin qərarı sadə səs çoxluğu ilə, Münsiflər heyəti tərəfindən müəyyən olunmuş qaydada qəbul olunur. Səslər bərabər olarsa, Beynəlxalq münsiflər heyətinin sədri həlledici səsə malikdir.
   Beynəlxalq münsiflər heyəti müsabiqənin bütün mərhələləri boyunca, mükafatlandırılma da daxil olmaqla, yeganə münsif olaraq qalır.
   Müsabiqənin təşkilatçıları ekspertlər və məsləhətçilər dəvət edə bilərlər ki, onlar da münsiflər heyətinin məxfilik tələblərinə riayət etməli və səs hüququna malik olmamalıdır.

     Beynəlxalq müsabiqənin keçirilmə müddəti.

     Müsabiqə barədə elan: 25 fevral 2017-ci il
     Sual verilməsi üçün son tarix: 1 avqust 2017-ci il
     Suallara təşkilatçıların cavabı üçün son tarix: 15 avqust 2017-ci il
     Materialların poçtla göndərilməsi üçün son tarix: 1 sentyabr 2017-ci il
     Materialların qəbul olunması üçün son tarix: 15 sentyabr 2017-ci il
     Beynəlxalq münsiflər heyətinin işi: 6 oktyabr 2017-ci il
     Nəticələrin elan olunması: 7 oktyabr 2017-ci il.

      Layihələrin və materialların müsabiqəyə təqdim olunması.

    Azərbaycan iştirakçıları tərəfindən layihələr, 15 sentyabr 2017-ci il saat 18.00-dan gec olmayaraq Azərbaycan Respublikası, Bakı şəhəri, Murtuza Muxtarov küçəsi 24 ünvanında Azərbaycan Memarlar İttifaqına təqdim olunur.
     Əcnəbi iştirakçılar layihələri və materialları 1 sentyabr 2017-ci il tarixindən gec olmayaraq göndərməklə (poçt ştampı ilə təsdiq olunur) və ya Azərbaycan Memarlar İttifaqına 15 sentyabr 2017-ci il tarixinədək çatdırılmaqla təqdim edirlər.

      İctimaiyyətin məlumatladırılması

    Mükafat proseduru və qaydaları Azərbaycan Memarlar İttifaqının rəsmi internet saytında yerləşdirilir www.uaa.az. Müsabiqə barədə elan Beynəlxalq Memarlar İttifaqının beynəlxalq kommunikasiya şəbəkəsi vasitəsilə dərc ediləcəkdir.

     Sərginin keçirilməsi və müsabiqə iştirakçılarının kataloqunun (bülletenin) buraxılışı.

     Müsabiqə keçirilən zaman və Münsiflər heyətinin işi zamanı müsabiqəyə təqdim olunmuş bütün işlərin sərgisi təşkil olunur və ictimaiyyətə nümayiş etdirilir.
     Müsabiqənin nəticələri üzrə bütün mükafatlandırılan layihələr, habelə tövsiyə edilmiş layihələr kataloqda (bülleteni) nəşr olunacaqdır.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)