Memarların Nəzərinə

Hörmətli həmkarlar!

 

Son qurultaydan keçən müddət ərzində iş əsnasında qarşımıza çıxan bəzi məsələlər Azərbaycan Memarlar İttifaqının Nizamnaməsinə əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaratmışdır. Bu məsələ Azərbaycan Memarlar İttifaqının Katibliyi iclasında müzakirəyə qoyulmuş və Katiblik üzvləri tərəfindən rəğbətlə qarşılanmışdır. Təklif edilmişdir  ki, həmin dəyişikliklər Memarlar İttifaqı üzvlərinin geniş müzakirəsinə verilsin. Diqqətinizə təqdim olunan variantda həmin əlavələr və dəyişikliklər qırmızı hərflərlə qeyd edilmişdir.

Xahiş edirik ki, həmin qeydlər barədə öz fikirlərinizi və təkliflərinizi 1 ay müddətində Memarlar İttifaqına bildirəsiniz. Təkliflər müzakirə edilib toplanaraq növbəti qurultaydan öncə gələn İdarə Heyətinin plenumunun müzakirəsinə veriləcəkdir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)