Moskva Memarlar İttifaqı ilə Rusiya Memarlar İttifaqı birlikdə şüşə və şəffaf-işıq konstruksiyaların tətbiqi ilə həyata keçirilmiş ən yaxşı layihə üzrə Milli mükafatına “Memarlıqda şüşə" adlı V Rusiya müsabiqəsi keçirir.

Müsabiqə "ArchGlass" Forumu çərçivəsində keçirilir. Müsabiqə işlərinin sərgisi və laureatların mükafatlandırma mərasimi 6-7 dekabr 2016-cı il tarixində Moskvada Mərkəzi Memarlar Evində keçiriləcək.

Azərbaycan memarlarının işlərinin əhəmiyyətini və yüksək səviyyəsini qeyd edərək, Moskva Memarlar İttifaqı və Rusiya Memarlar İttifaqı “Memarlıqda şüşə - 2016" V Rusiya müsabiqəsində iştirak etməyə dəvət edir.

Qeydiyyatdan keçmək, eləcə də müsabiqənin keçirilməsi şərtləri Qaydalardawww.archglass.ru  saytında verilmişdir.

Previous Next

15 oktyabr 2016-cı il tarixində Tbilisidə,  Radisson otelində XI Beynəlxalq memarlıq müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirildi. Mərasimi müsabiqənin təşkilatçıları – Gürcüstan memarlarının Assosiasiyasının rəhbəri Dmitriy Mosulişvili və “Stil” jurnalının rəhbəri  Nino Lagidze açdılar.

Müsabiqə 10 nominasiya üzrə keçirilirdi və “Fərdi yaşayış evi” nominasiyası üzrə qaliblər arasında Azərbaycan memarları Kamal Musaxanov və Fazil Bayramov da yer aldılar.

Müsabiqənin xüsusi mükafatına,  “Dirsi” layihəsi ilə Gürcüstanın inşaat sektoruna verdiyi töhfəyə görə Azərbaycan  “АS  Group  Investiment” şirkəti layiq görüldü.

Müsabiqə iştirakçıları ilə yanaşı, mərasimdə memarlıq veteranları  olan pedaqoqlar, bələdiyyə işçiləri, habelə Gürcüstan memarlığının inkişafına  dəstək verən digər şəxslər dəyərli hədiyyələrlə təltif edildilər.

Azərbaycan memarlarının nümayəndə heyəti mərasimdə xüsusi səmimiyyətlə qarşılandı. Müsabiqənin nominasiyalarından birinin qaliblərinə mükafatı təqdim etmək şərəfi bizim nümayəndəmiz Rasim Babakişiyevə göstərildi.

Müsabiqənin təşkilatçılarından biri olan Nino Lagidzenin Azərbaycan Memarlar İttifaqının ünvanına dediyi çox səmimi sözlərdən sonra, Azərbaycan və Gürcüstan memarları arasında  yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə  AMİ-nin İdarə heyətinin sədri Elbay Qasımzadə fəxri fərmanla təltif edildi.

Previous Next

Sentyabrın 22-də ”Knauf Marketing Baku” MMC-nin təsisçiliyi ilə və Azərbaycan Memarlar İttifaqının təşkilatçığı ilə gənc memarların və tələbələrin «Knauf materialları – gənc memarların seçimi!» müsabiqəsi sərgiləndi.

Münsiflər heyəti sərgilənən layihələri müzakirə edərək, müsabiqənin qaliblərini açıq səsvermə yolu ilə aşağıdakı kimi müəyyən etdilər:

“Yaşayış binalarının interyerində KNAUF materialları” nominasiyası üzrə

I yer – KNAUF-un zavoduna və nümunəvi obyektlərinə səfər təminatı daxil olmaqla, Almaniyaya səfər sertifikatı və fəxri diplomla “Mənzilin interyerinin dizaynı" layihəsinə görə  Məmmədova Nigar təltif edilir.

II yer – dəyərli hədiyyə (Lenovo notebook) və fəxri diplomla “Luxury Loft” layihəsinə görə  Babayev Xəyal təltif edilir.

III yer – dəyərli hədiyyə (Samsung Tab) və fəxri diplomla “Oturma zonası” layihəsinə görə Əliyeva Aysel təltif edilir.

“İctimai binaların interyerində KNAUF materialları” nominasiyası üzrə 

I yer – KNAUF-un zavoduna və nümunəvi obyektlərinə səfər təminatı daxil olmaqla, Almaniyaya səfər sertifikatı və fəxri diplomla “Memarlıq ofisi” layihəsinə görə FQ.Partners  təltif edilir.

II yer – dəyərli hədiyyə (Lenovo notebook) və fəxri diplomla “Tündlük” layihəsinə görə Bədəlova Şahnaz təltif edilir.

III yer – dəyərli hədiyyə (Samsung Tab) və fəxri diplomla “Dokta apteklər şəbəkəsi“ əczaxana və optika mağazası dizaynı” layihəsinə görə  Orxan Əfəndiyev təltif edilir.

Münsiflər heyətinin qərarına görə Həbibə Hacıyeva “Heyvanlara Qayğı Mərkəzi” layihəsinə ilə eyni səs sayı toplayaraq III yeri qazanmış  və ”Knauf Marketing Baku” MMC-nin xüsusi mükafatına, Xəyal Babayev isə Azərbaycan Memarlar İttifaqının xüsusi mükafatına layiq görülmüşlər.

Qalibləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!  

Previous Next

Bu müsabiqə, “Gənc Memarlar və Tələbələr Klubu”nun təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə keçirildi.

Müsabiqədə Respublikamızın 29 yaş həddində gənc memarları və tələbələri iştirak ediblər. Müsabiqədə bütün konseptlər, ideya və layihələrdə - kurs işləri, diplom işləri, fərdi işlər və s. ilə iştirak etmişdilər.

Müsabiqənin əsas məqsədi gələcəkdə beynəlxalq müsabiqələrdə iştirak üçün yeni ideyaların və istedadların müəyyən edilməsi, eləcə də memarlıqda qeyri standart konsepsiya axtarışı, memarlığa müasir yanaşma, memarlıq mühitinin formalaşmasında yeni tendensiyaların və müasir memarlıqda yeni perspektiv istiqamətlərin geniş kütləyə və potensial sifarişçiyə layiqli təqdimatı, novator ideyalara investorların diqqətinin cəlb edilməsidir.

Musabiqəyə ümumilikdə 46 iş təqdim olunmuşdur.

İyulun 28-də müsabiqənin Münsiflər heyətinin iclası keçirilib. Münsiflər heyətinin qərarı ilə müsabiqənin qalibləri aşağıdakı kimi müəyyən olunub:

I yer – Qasımzadə Fikrət “Baku Exhibition Centre” layihəsinə görə.

II yer – Məmmədova Fidan ”Xaçmazda Aeroport” layihəsinə görə.

  III yer – Mikayılova Sevda  “Abşeronun bəzi karvansaraylarının istifadəsi va mühafizəsi problemləri. Miacik və Sanqaçal karvansaraylarının bərpa nümunəsi".

Bundan əlavə, bir sıra memarlıq şirkətləri tərəfindən həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub. Müsabiqədə fərqlənən işlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəxri diplomlarına layiq görülmüşlər.   

Gənc memarların və tələbələrin işlərinin III Respublika müsabiqəsinə təqdim olunan layihələrin sərgisinin açılışı və nəticələrin elan olunması 29 iyul tarixində "Qız Qalası" incəsənət qalereyasında keçirildi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)