Previous Next

Fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində «Дом и Интерьер» jurnalının təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə  «İnteryer detallarda» mövzusunda «METRONOME» memarlıq layihəsi keçirildi.

 Tədbirin spikerləri tanınmış və innovasiya memarlar Leyla Uluxanlı  (Leyla Uluhanli Interiors, Moskva),  Elvin Əliyev və Maqsud Məmmədov (El & En) çıxış etmişlər.

Azərbaycan Memarlar İttifaqı adından çıxış edən AMİ-nin katibi Fərhad Mollazadə, bildirdi ki, ötən il oktyabrın 21-də bizim «Дом и Интерьер»  jurnalı ilə birgə «Metronom» arxitektura layihəsinin keçirilməsində ilk uğurlu əməkdaşlığımız olub. Layihə çərçivəsində silsilə tədbirlərin il ərzində 4 dəfə  keçiriləcəyini, hər bir tədbirin ayrıca mövzuya həsr olunacağını planlaşdırmışıq. Qeyd etməliyəm ki, «METRONOM»un başlıca məqsədi ölkəmizdə memarlığın və dizayn işinin inkişafına yardımçı olmaq, ölkəmizin qabaqcıl memar və dizaynerləri ilə canlı təmas qurmaqdır.

Xatırladırsınız, keçən dəfəki tədbirdə Memarlar İttifaqının İdarə heyətinin sədri cənab Elbay Qasımzadə, gələcəkdə bu layihə çərçivəsində gənc memarlara yer verilməsi arzusunu dilə gətirmişdi.  Çox sevindirici haldır ki, bu axşam diqqətimizi gənc nəslin arxitektorları cəlb edəcək və onlar «İnteryer detallarda» mövzusunda öz fikirlərini bizimlə bölüşəcəklər.

Previous Next

Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində «Дом и Интерьер» jurnalının təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə  «Şəxsi evlərin müasir və klassik üslubda memarlığı" mövzusunda "METRONOME" memarlıq layihəsi keçirildi.

Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə gecənin qonaqlarını salamladı. O, keçirilən tədbirin yüksək əhəmiyyətini və vacibliyini qeyd etdi.

Tədbirdə müasir və klassik üslubda evlərin memarlığı üzrə Rasim Babakişiyev, Aleksandr Qarber və Fərid Qaçayev "FQ Partners" ustad dərslərlə çıxış etdilər.

Qeyd etməliyik ki, bu mövzu yalnız ölkənin görkəmli memarları və memarlıq fakültəsinin tələbələrinin deyil,  həm də tədbirdə iştirak edən xarici qonaqların da marağına səbəb olub.

Azərbaycan Memarlar İttifaqi «Дом и Интерьер» jurnalının kollektivinə bu layihənin yüksək səviyyədə təşkili üçün minnətdarlığını bildirir və onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayır!

Previous Next

25 noyabr 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında AMEA Memarlıq və İncəsənət İnstitunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli memarı, Sosialist Əməyi Qəhrəmanı ,SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovun anadan olmasının 110 illiyi münasibətilə yubiley elmi sessiyası keçirildi.

Konfransda iştirak etmək üçün ölkəmizə Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Serbiya, Qırğızıstan, Özbəkistan və digər ölkələri təmsil edən Memarlar İttifaqlarının prezidentləri toplanmışlar. 8 oktyabrda Azərbaycan Memarlar İttifaqında keçirilən konfransda  Memarlar İttifaqları Beynəlxalq Assosiasiyasının rəhbərliyi də iştirak etmişdir. Konfransın gündəliyi üzrə işə başlayan Koordinasiya Şurası,  MİBA-nın yaradıcılıq fəaliyyəti haqda hesabatı dinləmiş, sonra 2016-cı il üzrə tədbirlər planının layihəsinə baxılmışdır.

Gündəlikdəki digər məsələ üzrə 2015-2016-cı illər üçün Assosiasiyaya yeni rəhbərlik seçilmişdir. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə yekdilliklə Assosiasiyanın prezidenti, Belorus Memarlar İttifaqının prezidenti Aleksandr Korbut Assosiasiyanın vitse-prezidenti, İqor Voskresenski Assosiasiyanın məsul katibi, Yuri Kalmıkov revizoru seçilmişlər.

Bundan başqa, gələn il MİBA-nın V Konfransının keçiriləcəyi yer - Mİnsk şəhəri müəyyən olunmuşdur.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)