Previous Next

«METRONOME» memarlıq layihəsinin növbəti təqdimatı

Fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində «Дом и Интерьер» jurnalının təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə  «İnteryer detallarda» mövzusunda «METRONOME» memarlıq layihəsi keçirildi.

 Tədbirin spikerləri tanınmış və innovasiya memarlar Leyla Uluxanlı  (Leyla Uluhanli Interiors, Moskva),  Elvin Əliyev və Maqsud Məmmədov (El & En) çıxış etmişlər.

Azərbaycan Memarlar İttifaqı adından çıxış edən AMİ-nin katibi Fərhad Mollazadə, bildirdi ki, ötən il oktyabrın 21-də bizim «Дом и Интерьер»  jurnalı ilə birgə «Metronom» arxitektura layihəsinin keçirilməsində ilk uğurlu əməkdaşlığımız olub. Layihə çərçivəsində silsilə tədbirlərin il ərzində 4 dəfə  keçiriləcəyini, hər bir tədbirin ayrıca mövzuya həsr olunacağını planlaşdırmışıq. Qeyd etməliyəm ki, «METRONOM»un başlıca məqsədi ölkəmizdə memarlığın və dizayn işinin inkişafına yardımçı olmaq, ölkəmizin qabaqcıl memar və dizaynerləri ilə canlı təmas qurmaqdır.

Xatırladırsınız, keçən dəfəki tədbirdə Memarlar İttifaqının İdarə heyətinin sədri cənab Elbay Qasımzadə, gələcəkdə bu layihə çərçivəsində gənc memarlara yer verilməsi arzusunu dilə gətirmişdi.  Çox sevindirici haldır ki, bu axşam diqqətimizi gənc nəslin arxitektorları cəlb edəcək və onlar «İnteryer detallarda» mövzusunda öz fikirlərini bizimlə bölüşəcəklər.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)