Tədbir iştirakçıları ilk öncə Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini əziz tutaraq Fəxri Xiyabanda məzarını ziyarət etmiş və böyük ehtiramla onun ruhu qarşısında baş əymişlər. Daha sonra akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək gül dəstələri qoymuşlar. Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmişlər. 

Azərbaycan Respublikasının Memarlar İttifaqı və onun nəzdində fəaliyyət göstərən Tələbə və Gənc Memarlar klubu iyul ayının 20-dən avqust ayının 2-dək davam edəcək "Gənc Memarların Müasir Memarlığa baxışı" mövzusunda sərgi təşkil edib. "28 Mall" Ticarət Mərkəzində keçirilən bu sərginin əsas məqsədi Azərbaycanda müasir memarlığın təbliğidir. Sərgi zamanı Azərbaycanın müasir memarlığının nümunələri nümayiş olunacaq. Bunlar arasında şəhərsalma layihələri, müxtəlif interyer və eksteryer həlləri, eskiz layihələridə yer alacaqdır.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli Sərəncamına uyğun olaraq 27-29 sentyabr 2011-ci il tarixində Bakı Ekspo Sərgi Mərkəzində aidiyyəti üzrə Ümumrespublika sərgisi keçirilmişdir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)