Previous Next

Sentyabrın 22-də Moskva Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının təşkilatıçılığı ilə “Eko-Sahil” Beynəlxalq memarlıq festivalı çərçivəsində keçirilən “Bakı şəhərinin sahilyanı dəniz sənaye zonasının ictimai məkanlar üçün regenerasiyası” mövzusunda açıq memarlıq-şəhərsalma müsabiqəsinə təqdim olunan layihələr nümayiş etdirildi.

Münsiflər heyəti sərgilənən layihələri müzakirə edərək, müsabiqənin qaliblərini açıq səsvermə yolu ilə aşağıdakı kimi müəyyən etdilər:

I yer – 2000 ABŞ dolları pul mükafatı və fəxri diplom – “Yeni Bakı” (deviz kodu 252119) layihəsinə görə müəllif kollektivi: Osipov V.A., Osipov V.V., Sazıkina Y.V., Xaustova D.M., Yusupov M.R. (Rusiya, Moskva);

 

II yer – 1500 ABŞ dolları pul mükafatı və fəxri diplom – “Bakı şəhərinin sahilyanı dəniz sənaye zonasının ictimai məkanlar üçün regenerasiyası” (deviz kodu 657156) layihəsinə görə Monaxov Y.S. (layihənin rəhbəri) və Qryaznova S.G. (layihənin kuratoru) (Rusiya, Nijni-Novqorod);

 

III yer – 750 ABŞ dolları pul mükafatı və fəxri diplom – İslimi” (deviz kodu020280) layihəsinə görə Belenko A.V. (Rusiya, Krasnodar);

 

 

III yer – 750 ABŞ dolları pul mükafatı və fəxri diplom – “PLANTING THE CITY” (deviz kodu 290884) layihəsinə görə PIERRE-FRANÇOIS LE JEANNE (Fransa, Paris).

 

Bundan əlavə, aşağıdakı işlər münsiflər heyəti tərəfindən fəxri diplomlara layiq görüldü:

“Baku Black Smart City” (deviz kodu AMRO016) layihəsinə görə müəllif kollektivi: müəlliflər:Yaroslav Usov, Massimiliano Baque, memarlar: Riccardo Graziotti, Giacomo Fabbri, Nelli Zabotina, mühəndislər: Mirko Farini, Roberto Passerott (Rusiya, Moskva - İtaliya, Arezzo).

 

“Bakı şəhərinin sahilyanı dəniz sənaye zonasının ictimai məkanlar üçün regenerasiyası” (deviz kodu 788700) layihəsinə görə Qarustoviç A. L., Sokolovskaya Y. A. (Belarus, Minsk).

 

“Bakının incisi” (deviz kodu 179660) layihəsinə görə müəllif kollektivi: Polişuk A.V., Didorenko Y.S. (Rusiya, Moskva).

 

“NEW old BAKU” (deviz kodu 120692) layihəsinə görə müəllif kollektivi: Qaysina A.V., Tatarçenko A. V. (Rusiya, Moskva).

Təntənəli mükafatlandırma mərasimi 24 sentyabr 2016-ci il keçirilib.

         AMI

         

          Hörmətli həmkarlar!

 

      Sizi sentyabrın 22-də "Eko-Sahil" Beynəlxalq memarlıq festivalının təntənəli açılış mərasiminə dəvət edirik. Açılış saat 11.00-da "Baku Business Center”-də  keçiriləcək (Neftçilər prospekti, 32).

eko bereq

“Bakı şəhərinin sahilyanı dəniz sənaye zonasının ictimai məkanlar üçün regenerasiyası” mövzusunda açıq memarlıq-şəhərsalma müsabiqəsinin proqramı və iştirak şərtləri.

 

Müsabiqənin təşkilatçısı

 

Müsabiqənin təşkilatçıları Moskva Memarlar İttifaqı və Azərbaycan Memarlar İttifaqıdır.

 

 

 

 

 

Bizim tərəfdaşlarımız 

 

knauf logo

Veka2

Room

collezione1

AZERSU

 

 

 

Ümumi məlumat

 

Müasir iqtisadi, urbanistik və ekoloji çağırışlar şəraitində Festival, sahil məkanının təşkili və inkişafı üçün innovasiya ideyalarının hərtərəfli inkişafını, o cümlədən, aşağıdakı istiqamətlər daxil olmaqla, bir sıra xüsusi  məsələlərin həllini qarşısında məqsəd qoyur:

Previous Next

2016-cı il15-17 sentyabr tarixlərində  Sankt-Peterburq Hökumətinin Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Şəhərsalma mədəniyyəti. Avrasiya ənənələri və inkişaf perspektivləri" adlı İkinci Beynəlxalq konfrans keçiriləcək.

Konfransın məqsədi: Yeni geosiyasi və iqtisadi şəraitdə Avrasiya ölkələrinin şəhərsalma mədəniyyətinin inkişafı üzrə tövsiyələrin hazırlanması.

Müzakirə olunan məsələlərin siyahısı:

  • Ərazi planlaşdırılmasının milli sənədlərində şəhərsalma mədəniyyəti;
  • Baş plan və ya Master Plan. Fərqlilik və oxşarlıq;
  • Ərazi planlaşdırılması və şəhərsalma zonalaşdırılması sənədlərində mədəni irsin şəhərsalma mühafizəsi məsələləri;
  • Şəhərsalma - "Böyük ipək yolu"nun dirçəlişinin əsası kimi. Regional və yerli xüsusiyyətlər.

Müzakirələrdə peşəkar şəhərsalma mütəxəssisləri, hakimiyyət orqanlarının, müvafiq nazirlik və idarələrin, regionların administrasiyalarının, hüquqi və sığorta şirkətlərinin, developer və ictimai təşkilatların, yaradıcılıq ittifaqlarının nümayəndələri, alimlər,  ali məktəb müəllimləri, investorlar, inşaatçılar və digər marağı olan şəxslər iştirak  edəcəklər.

Konfransda iştirak etmək üçün təşkilat komitəsinə -

"Зодчий" Nəşriyyatına ərizə göndərmək lazımdır:

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

tel./fax +7 (812) 332 42 15, tel., +7 (812) 677 91 29

www.zodchiy21.ru

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)