20 oktyabr 2015-ci il

Bakı, Azərbaycan.

Azərbaycan Memarlar İttifaqının sədri

Cənab Elbay Qasımzadəyə

Əziz Elbay,

İkinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi ilə əlaqədar Münsiflər heyəti adından minnətdarlığımızı və təbriklərimizi qəbul edin. Azərbaycandakı dostlarımızın və həmkarlarımızın, eləcə də sizin hökumətin verdiyi müstəsna dəstəyin sayəsində Müsabiqənin proqramı böyük uğurla keçdi.

Bu il münsiflər heyəti, bütün dünyanın 34-dən artıq ölkəsindən müsabiqəyə  təqdim olunmuş çoxlu gözəl işlərlə tanış oldu; buna görə də biz, BMİ-nin qərarı ilə müsabiqənin növbəti mərhələsini ola biləcəyindən daha yaxşı keçirmək əzmindəyik. Hər şeydən əvvəl biz istəyirik ki, Bakı müsabiqəsi  beynəlxalq miqyasda daha geniş təbliğ olunsun və şöhrət qazansın. Bununla əlaqədar olaraq, müsabiqənin nominasiyaları,  prosedurları və digər məsələlərlə bağlı Münsiflər heyətinin üzvlərinin əlavə təklifləri ola bilər. Biz ümid edirik ki, siz növbəti mərhələ üçün  irad və təkliflərə açıq olacaqsınız.

5 oktyabr 2015-ci il – Ümumdünya Memarlıq Günü

Memarlıq, inşaat, iqlim – öhdəliklər və həllər

Paris – 25 iyul 2015.

Bütün dünyadan olan 1,3 mln. memarı təmsil edən Beynəlxalq Memarlar İttifaqı (BMI), 2015-ci ilin Ümumdünya Memarlıq Gününün mövzusunu elan edib: Memarlıq, inşaat, iqlim.

Bütün ölkələrin milli hökumətlərinin  COP21  iqlim dəyişmələrinə dair bu ilin sonunda keçiriləcək beynəlxalq danışıqlarla məşğul olduqları bir zaman BMİ, milli və regional memarlıq təşkilatları ilə birgə, bu proseslə bağlı parnik qazları tullantılarının azaldılmasında memarlıq layihələndirilməsi və şəhərsalmanın  mühüm roluna xüsusi diqqət ayıracaq.

Dünya memarlarının XXIV Ümumdünya Konqresi – "UIA 2011 TOKYO", 2011-ci il 25 sentyabr – 1 oktyabr tarixlərində Yaponiyada, Tokio şəhərində keçirilmişdir. 1948-ci ildən başlayaraq, 3 ildən bir, dünyanın müxtəlif ölkələrində keçirilən ümumdünya konqresləri, bu dəfə, ilk dəfə olaraq, Yaponiyada təşkil olundu. Bu konqresdə dünyanın müxtəlif ölkələrindən minlərlə memar, memarlıq fakültəsi tələbələri və mühəndislər iştirak edmişlər.

"UIA 2011 TOKYO" Elmi proqramı çərçivəsində "Layihələndirmə- 2050" baş mövzusunda tədqiqat materialları və layihə işlərinin təqdimatı keçirilmişdir. Xüsusən, bu proqram çərçivəsində, ekologiya, mədəni mübadilə və həyat  yarımmövzusunda memarlıq layihələrinin təqdimatı və müzakirəsi aparılmışdır.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)