Previous Next

2017-ci ilin may ayının 9-u Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyeva Azərbaycan Memarlar İttifaqını ziyarət etmişdir.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə İttifaqın fəaliyyəti və yerləşdiyi bina haqqında ətraflı məlumat vermişdir.

Görüş zamanı İttifaqın yerləşdiyi tarixi binanın bərpası və əsaslı təmiri haqqında söhbət aparılmışdır.

Musviq

 

Müstəqil dövlətimizin şəhər və qəsəbələrinin siması günü-gündən gözəlləşir və zənginləşir. Möhtərəm Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan şəhərsalma siyasətinin nəticəsi olaraq, paytaxtımız Bakıda xalqımızın mədəniyyət və incəsənət xadimlərinə yeni abidələr ucaldılır.

Azərbaycan RespublikasınıBirinci Vitse-PrezidentiHeydəƏliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanısəyləri nəticəsində tarixi mədəni irsimizin qorunub-saxlanılması üçüəzəmətli işləgörülür.

Məhz bunlar həyatımızıəsasını təşkil edən, millətin mənəviyyatını daha da yüksəldəaddımlar mövcudluğunda hansısa naməlum, mədəniyyətsiz, təsadüfi insanlar tərəfindədahi şairimiz MikayıMüşfiqin abidəsinin dağıdılması həbir ziyalının, cümlədəhəmemarıqəlbində böyühiddədoğurur!

Düşmənlərimizin Azərbaycan xalqını dünyaya barbar simasında göstərmək niyyətini, çox təəssüf ki, həmvətənlərimiz düşünülməmiş hərəkətləri ilə dəstəkləyirlər.  

Previous Next

Oktyabrın 2-də Roma Papası Fransisk Azərbaycana səfər edib. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qafqaz müsəlmanları idarə heyətinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşlər keçirilmişdir.

Vurğulanmışdır ki, Vatikanla Azərbaycan arasında münasibətlər artıq 24 ildir ki, uğurla inkişaf edir. Dövlət başçısının sözlərinə görə, bu səfər vatikan-azərbaycan münasibətlərinin inkişafına böyük töhfə verəcəkdir.  Azərbaycan prezidenti bildirib ki:  "Bu səfər bütün bəşəriyyət üçün çox vacibdir. Çünki bu səfər bir daha göstərir ki, sivilizasiyalar arasında dialoq vardır, davam edir, güclənir və biz bu dialoqa yeni təkan verməyə çalışırıq".

Roma Papası bildirib ki, indiki dövrdə mənəvi və mədəni dəyərlər olduqca böyük əhəmiyyət kəsb edir, xüsusilə də Avropa ölkələrində. "Hal-hazırda bunlar, insanlar üçün çox mühüm məqamlardır. Beləliklə biz əlaqələrimizin məhsuldarlığı haqqında danışa bilərik", deyə Roma Papası qeyd edib.

Həmçinin, səfər zamanı Roma Papası, Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə yüksək mükafatlar təqdim edib: bunlardan, Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadəyə, məşhur Azərbaycan heykəltəraşı, Azərbaycan Rəssamlıq akademiyasının rektoru Ömər Eldarova, Azərbaycanın xalq şairi Anara, görkəmli opera müğənniləri Fidan və Xuraman Qasımovalara, SSRİ xalq artisti Zeynəb Xanlarovaya və b.

Previous Next

Son günlərdə sosial şəbəkələrdə Azərbaycan Memarlar İttifaqının yerləşdiyi binanın sökülməsi barədə yalan məlumatlar yayılır. Bu bina Bakı sakinlərinə Ağabala Quliyevin evi kimi məlumdur.

Layihənin müəllifi polşalı memar Yevgeni Yakovleviç Skibinskidir (Eugeniusz Skibiński, 1858–1928). “Dəyirmanlar kralı” Ağabala Quliyevin sifarişi ilə 1899-cu ildə tikilmiş cah-cəlallı mülkün interyerini məşhur rus rəssamı Durov tərtib edib.

Ağabala Quliyevin evinin memarlığı Azərbaycan memarlığı tarixindəki şərq üslublu tikililər içərisində fərqlənməkdədir.

Binanın tarixi onun sahibinin həyat tarixçəsi ilə sıx bağlıdır. Ağabala Hacıqulu oğlu Quliyev kasıb ailədən idi, uşaqlığı şəhərin küçələrində və gəmi körpülərində anasının bişirdiyi qutabları satmaqla keçmişdi. Böyüdükdə isə un və taxılın alqı-satqısı ilə məşğul olmağa başladı. Bir neçə ildən sonra o, dəyirman tikməyə müvəffəq oldu.

Bakının indiki Puşkin və Nizami küçələrinin kəsişməsindəki dəyirman Ağabala Quliyevə məxsus idi. Birinci gildiya taciri, dənüyütmə və düyütəmizləmə zavodlarının sahibi Ağabala Quliyev həmçinin, Bakı-Batumi neft kəmərinin tikintisi üzrə cəmiyyət təsis etmişdi. O, dəfələrlə Bakı şəhər Dumasına qlasnı seçilmişdi.

Həmin dövr Bakısının həyatında heç bir hadisə Ağabala Quliyevin maddi və mənəvi köməyi olmadan keçmirdi. Ölkədə xalq təsərrüfatının, dövlət tikintisinin müxtəlif sahələrində, sosial və mədəni tədbirlərin keçirilməsində onun xidmətləri böyük idi.

Azərbaycan Memarlar İttifaqı, bizim binanın taleyi ilə maraqlanan və narahat olan sakinlərə öz dərin minnətdarlığını bildirir və nəzərinizə çatdırır  ki, binanın sökülməsi barədə məlumat həqiqətə uyğun deyil, belə ki, bina dövlət əhəmiyyətli abidələr siyahısındadır və onun bu siyahıdan çıxarılması barədə heç bir qərar yoxdur.

Previous Next

Bakının tarixi məhəllələrindən biri olan və xalq arasında “Sovetski” adlanan ərazinin yenidən qurulması ətrafında yaranmış rezonans memarların ictimai yaradıcılıq birliyi olan Azərbaycan Memarlar İttifaqının da daim diqqət mərkəzində olmuşdur. Belə ki, Sovetskinin yenidən qurulması ilə bağlı vaxtaşırı müzakirələr aparılmış, müvafiq qurumlara memarlar adından müraciət və tövsiyələr göndərilmişdir. Bakının həmin tarixi hissəsinin bugünkü vəziyyəti və gələcək taleyi ilə bağlı memarların və sadə vətəndaşların Memarlar İttifaqına etdikləri çoxsaylı müraciətləri nəzərə alaraq, həmin məsələ ilə bağlı İttifaqın fəaliyyəti əks etdirən bəzi məqalə və məktubları saytımızın ziyarətçilərinin diqqətinə çatdırmaq qərarına gəldik.

"Sovetski" küçəsi memarın obyektivində 

Bu barədə Azərbaycan Memarlar İttifaqı  tərəfindən AR Baş naziri cənab Artur Rəsi-zadəyə, AR Mədəniyyət və Turizm naziri cənab Əbülfəs QarayevəAR Milli Elmlər Akademiyasının prezidenti cənab Akif Əlizafəyə müraciətlər  göndərilmişdir.

Previous Next

May ayının 6-da Azərbaycan Memarlar İttifaqının yaranmasının 80 illiyi münasibətilə Azərbaycanın görkəmli memarlarına həsr olunmuş poçt markaları albomunun təqdimatı keçirilib.

Memarlar İttifaqının sədri Elbay Qasımzadə bildirib ki, təqdim olunan albomda Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, İosif Qoslavski, İosif Ploşko, Mikayıl Useynov, Ənvər Qasımzadə kimi tanınmış memarların fəaliyyəti barədə məlumatlar öz əksini tapıb. E.Qasımzadənin sözlərinə görə, bu sahədə işlər gələcəkdə də davam etdiriləcək. Əsas məsələ odur ki, gələcək nəsillər ölkənin memarlıq sənətində dərin iz buraxmış bu insanları unutmasınlar.

Previous Next

Aprelin 13-dəAzərbaycanMemarlar İttifaqı ilə YARAT Müasir İncəsənət Mərkəzinin birgə həyata keçirdiyi “Milli memarlığa müasir baxış” mövzusunda yaradıcılıq axşamı keçirilib.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə YARAT Müasir İncəsənət Mərkəzi ilə ilk dəfə təşkil olunan bu tədbirin hər ay keçiriləcəyini vurğulayıb. O bildirib ki, bu cür yaradıcılıq axşamları Azərbaycanın memarlıq sənətinin nümayəndələrinin fəaliyyəti ilə bağlı məlumat vermələri üçün yaxşı imkandır.

Daha sonra Memarlar İttifaqının sədri respublikanın tanınmış “El & En” memarlıq şirkətinin fəaliyyətindən danışıb. Qeyd olunub ki, 1998-ci ildə yaradılan şirkətin memarları bu illər ərzində memarlıq və dizayn sahəsində 200-dən artıq maraqlı layihə və ideyalar təqdim ediblər. Onlardan bir çoxu artıq həyata keçirilib. Tədbirdə həmçinin şirkətin  Abşeron yarımadasının şimal-şərq sahilində yerləşən Pirallahı adasında həyata keçirdikləri son “YT-Park” layihəsi də qonaqlara təqdim olundu.

Elbay Qasımzadə, şirkətin əsas prinsiplərindən söz açıb. Qeyd edilib ki, qədim tarixi abidələrə hörmətlə yanaşmaq, gənc memarlara daha çox yaradıcılıq imkanları yaratmaq, layihə sifarişçilərinə diqqət göstərmək, layihə işlənərkən onların da fikir və ideyalarını nəzərə almaq şirkət mütəxəssisləri üçün prioritet məsələlərdən biridir.
Sonda “El & En” şirkətinin memarlarının müxtəlif sahələrdə layihələrinə həsr olunan videoçarx nümayiş etdirildi.


Previous Next

Martın 3-də Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin və xanımı Azərbaycan Memarlar İttifaqında oldular.

Cənab səfiri və xanımını AMİ İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə, İdarə Heyətinin katibi Fərhad Mollazadə və İttifaqın məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyev qarşıladılar. Səmimi keçən söhbətin gedişində qonaqlara Azərbaycan Memarlar İttifaqı haqqında məlumat verildi. Bildirildi ki, ölkənin ən qocaman yaradıcılıq qurumlarından olan Memarlar İttifaqının beş yüz nəfərə yaxın üzvü var. Onlar ölkəmizdə sürətlə cərəyan etməkdə olan tikinti-quruculuq fəaliyyətində yaxından iştirak -edirlər.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)