Previous Next

Milli Memarlığa müasir baxış

Aprelin 13-dəAzərbaycanMemarlar İttifaqı ilə YARAT Müasir İncəsənət Mərkəzinin birgə həyata keçirdiyi “Milli memarlığa müasir baxış” mövzusunda yaradıcılıq axşamı keçirilib.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə YARAT Müasir İncəsənət Mərkəzi ilə ilk dəfə təşkil olunan bu tədbirin hər ay keçiriləcəyini vurğulayıb. O bildirib ki, bu cür yaradıcılıq axşamları Azərbaycanın memarlıq sənətinin nümayəndələrinin fəaliyyəti ilə bağlı məlumat vermələri üçün yaxşı imkandır.

Daha sonra Memarlar İttifaqının sədri respublikanın tanınmış “El & En” memarlıq şirkətinin fəaliyyətindən danışıb. Qeyd olunub ki, 1998-ci ildə yaradılan şirkətin memarları bu illər ərzində memarlıq və dizayn sahəsində 200-dən artıq maraqlı layihə və ideyalar təqdim ediblər. Onlardan bir çoxu artıq həyata keçirilib. Tədbirdə həmçinin şirkətin  Abşeron yarımadasının şimal-şərq sahilində yerləşən Pirallahı adasında həyata keçirdikləri son “YT-Park” layihəsi də qonaqlara təqdim olundu.

Elbay Qasımzadə, şirkətin əsas prinsiplərindən söz açıb. Qeyd edilib ki, qədim tarixi abidələrə hörmətlə yanaşmaq, gənc memarlara daha çox yaradıcılıq imkanları yaratmaq, layihə sifarişçilərinə diqqət göstərmək, layihə işlənərkən onların da fikir və ideyalarını nəzərə almaq şirkət mütəxəssisləri üçün prioritet məsələlərdən biridir.
Sonda “El & En” şirkətinin memarlarının müxtəlif sahələrdə layihələrinə həsr olunan videoçarx nümayiş etdirildi.


Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)