Previous Next

Azərbaycan Memarlar İttifaqının yaranmasının 80 illiyinə həsr olunmuş poçt markaları albomu dərc olunub

May ayının 6-da Azərbaycan Memarlar İttifaqının yaranmasının 80 illiyi münasibətilə Azərbaycanın görkəmli memarlarına həsr olunmuş poçt markaları albomunun təqdimatı keçirilib.

Memarlar İttifaqının sədri Elbay Qasımzadə bildirib ki, təqdim olunan albomda Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, İosif Qoslavski, İosif Ploşko, Mikayıl Useynov, Ənvər Qasımzadə kimi tanınmış memarların fəaliyyəti barədə məlumatlar öz əksini tapıb. E.Qasımzadənin sözlərinə görə, bu sahədə işlər gələcəkdə də davam etdiriləcək. Əsas məsələ odur ki, gələcək nəsillər ölkənin memarlıq sənətində dərin iz buraxmış bu insanları unutmasınlar.

“Azərmarka” MMC-nin direktoru İntiqam Bağırlı qeyd edib ki, Azərbaycan markaları respublika ilə bağlı məlumat daşıyıcısıdır. Markalar tarixi əhəmiyyətə malik olmaqla yanaşı, eləcə də, nadir və qiymətli kağız hesab edilir.

Bildirilib ki, təqdim olunan markalar rəsmi poçt dövriyyəsinə buraxılır. Bununla bağlı xüsusi poçt möhürü də hazırlanıb.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)