Previous Next

Roma Papasının Azərbaycana səfəri.

Oktyabrın 2-də Roma Papası Fransisk Azərbaycana səfər edib. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qafqaz müsəlmanları idarə heyətinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşlər keçirilmişdir.

Vurğulanmışdır ki, Vatikanla Azərbaycan arasında münasibətlər artıq 24 ildir ki, uğurla inkişaf edir. Dövlət başçısının sözlərinə görə, bu səfər vatikan-azərbaycan münasibətlərinin inkişafına böyük töhfə verəcəkdir.  Azərbaycan prezidenti bildirib ki:  "Bu səfər bütün bəşəriyyət üçün çox vacibdir. Çünki bu səfər bir daha göstərir ki, sivilizasiyalar arasında dialoq vardır, davam edir, güclənir və biz bu dialoqa yeni təkan verməyə çalışırıq".

Roma Papası bildirib ki, indiki dövrdə mənəvi və mədəni dəyərlər olduqca böyük əhəmiyyət kəsb edir, xüsusilə də Avropa ölkələrində. "Hal-hazırda bunlar, insanlar üçün çox mühüm məqamlardır. Beləliklə biz əlaqələrimizin məhsuldarlığı haqqında danışa bilərik", deyə Roma Papası qeyd edib.

Həmçinin, səfər zamanı Roma Papası, Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə yüksək mükafatlar təqdim edib: bunlardan, Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadəyə, məşhur Azərbaycan heykəltəraşı, Azərbaycan Rəssamlıq akademiyasının rektoru Ömər Eldarova, Azərbaycanın xalq şairi Anara, görkəmli opera müğənniləri Fidan və Xuraman Qasımovalara, SSRİ xalq artisti Zeynəb Xanlarovaya və b.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)