Previous Next

İyunun 2-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin müşavirəsi keçirilib. Tədbir Beynəlxalq Memarlar İttifaqı, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

Beynəlxalq Memarlar İttifaqı – 1948-ci ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. O, dünyanın 130 ölkəsində peşəkar memarlar assosiasiyalarını birləşdirir. Müşavirədə iştirak etmək üçün dünyanın 15 ölkəsindən (Belarus, Macarıstan, Yunanıstan, Gürcüstan, Qazaxıstan, Latviya, Livan, Polşa, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Çexiya, Estoniya) Bakıya memarlar gəlmişlər.

Görüşdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Heydər Əliyev Mərkəzinə gəldikdə iştirakçılar əvvəlcə "Azərbaycan Memarlığı" sərgi ilə tanış olmuşlar.

 Müşavirəni açan Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə ölkəmizdə bu sənət növünün keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, memarlığın inkişafı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyanın bir sıra ölkələrində tarixi memarlıq abidələri bərpa edilir.

Elbay Qasımzadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Memarlar İttifaqının fəxri üzvü seçildiyini diqqətə çatdırıb. O, həmçinin deyib ki, Mehriban Əliyeva Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub.

Sonra isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, BMİ II region vitse-prezidenti Dəniz İncədayı və digər rəsmi şəxslərin çıxışları olub.

Praqa 2

 

7 aprel 2017-ci ildə Praqada, Beynəlxalq Memarlar İttifaqının II region seksiya üzvlərinin prezidentlərinin növbəti baş tutdu. Görüş, Praqada Çexiya Texniki Universitetinin Memarlıq fakültəsinin binasında keçirildi.

Əvvəlcə, Çexiya Memarlar Assosiasiyasının prezidenti Oleq Haman iştirakçılara və Beynəlxalq Memarlar İttifaqına təşəkkür etdi və Görüşün keçirilməsində uğurlar  arzuladı.

BMİ II Region üzrə vitse-prezidenti Deniz İncedayi, öz növbəsində, iştirakçıları salamlayaraq, Çexiya Memarlar Assosiasiyasının prezidenti Oleq Hamana və vitse-prezidenti Karel Smeykala ideya və qəvət üçün, eləcə də BMİ-yə qayıtmalarına görə təşəkkür etdi. O, Türkiyə Memarlar İttifaqı prezidentinin salamlarını və tədbirə qatıla bilmədiyi üçün təəssüflərini çatdırdı; O, "Məsuliyyətli Memarlıq" konfransının keçirilmə yeri və təşkili üçün Praqa Texniki Universiteti Memarlıq Fakültəsinin Dekanına minnətdarlığını bildirdi və konfransa dəstək olan hər kəsə təşəkkür etdi.

Tədbir zamanı aşağıdakı məsələlər müzakirə edildi:

  • BMİ və II Region qarşısında duran problemlər;
  • Qarşıdakı 2-3 iyun 2017-ci ildə Bakıda keçiriləcək növbəti görüş üçün hazırlıq;
  • 2017-ci ildə Seulda keçiriləcək BMİ Konqresinə hazırlıq;
  • I və II region arasındakı əməkdaşlıq, yeni ideyalar (Seul sərgisi, büdcə, işlərin müzakirəsi);
  • Solonikidə (4 noyabrBMİ IIregion Şurasınınsoniclasınıngündəliyininvə protokolununqəbuluvə bir çbaşqaməsələlər.

BMİ II Region seksiya üzvləri prezidentlərinin növbəti görüşü 2-3 İyun 2017-ci ildə Bakıda baş tutacaq.

Previous Next

4 Noyabr 2016-ci il, Yunanıstanın Saloniki şəhərində Beynəlxalq Memarlar İttifaqının (BMİ) II Region Prezidentlərin görüşü baş tutmuşdu.

 

 

BMİ-nın II Regionun Prezidentlərinin növbəti görüşü Salonikidə (Yunanıstan) noyabrın 4-də keçirilib

Görüş iştirakçıları: Deniz İncedayı (Türkiyə), Fani Vavili (Yunanıstan), Nikos Fintikakis (Yunanıstan), Juris Poga (Latviya), Ruta Leitanaite (Litva), Marius Saliamoras (Litva), Hindrek Kesler (Estoniya), Panayiotis Panayi (Kipr), Andras Krizsan (Macarıstan), Laszlo Miko (Macarıstan), Elie El Khoury (Livan), Joe Abou Kasm (Livan), Jihad Mattar (Livan), Jerzy Grochulski (Polşa), Serban Tiganas (Rumıniya), Andrey Bokov (Rusiya), Nikolay Shumakov (Rusiya), Juraj Hermann (Slovakiya), Olena Oliynyk (Ukrayna), Oleksandr Chyzhevskyi (Ukrayna), Vadym Zhezherin (Ukrayna).

BMİ-nın Prezidenti Esa MOHAMMED, BMİ-nın Baş katibi Tomas Voner, İsteliana Atanasova (Bolqarıstan), Elbay Qasımzadə (Azərbaycan) görüşdə iştirak edə bilmədiklərinə görə öz təəssüfünü ifadə etdilər.

Görüş zamanı bir çox məsələlərə toxunulub, onlardan  bizi xüsusilə maraqlandıran Region II Prezidentlərinin növbəti görüşünün keçirilməsi yeri barədə müzakirə olunan məsələdir:  Bakı (Azərbaycan) və Sofiya (Bolqarıstan) namizədliyini irəli sürüblər. Deniz INCEDAYI vurğulayıb ki, Region II prezidentlərinin növbəti görüşünün Bakıda keçirilməsi mümkün görünür, amma biz dəqiq qrafiki müzakirə edəcəyik və hər bir namizədin imkanlarını nəzərdən keçirəcəyik. Proqram yaxın vaxtlarda dəqiqləşəcək.

KR

15-16 oktyabr 2015-ci il, Polşanin Krakov şəhərində Beynalxalq Memarlar İttifaqının II Regionun Prezidentlərin göruşü keçirilmişdir.

Prezidentlərin görüşündə Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan, Latviya, Litva, Estoniya, Slovakiya, Sloveniya, Çexiya, Yunanıstan, Türkiyə, Rusiya, Belarus, Livan, Ukrayna və Azərbaycan memarlıq İttifaqlarının və Palatalarının nümayəndə heyətləri iştirak edib.

Krakovda Azərbaycan Memarlar İttifaqını, İdarə Heyətinin Sədri Elbay Qasımzadə təmsil edib.

Görüşdə mədəni irs abidələrinin hərbi əməliyyatlar nəticəsində dağıdılması, BMİ-nin II Regionuna daxil olan ölkələrində (Suriya, İraq, Əfqanıstan, Ukrayna), memarlıq təhsili sisteminin təkmilləşdirilməsi, I Regiondaki vəziyyət (BMİ-dan Almaniyanın, Hollandiyanın, Avstriyanın çıxışı) və b. məsələlər müzakirə olunub.

Həmçinin II Regionun vitse-prezidenti Deniz İncedayi öz cıxışında bildirib ki, mədəni irsin qorunması işində yeni ideyalara ehtiyac var.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)