Azərbaycan Respublikasının Memarlar İttifaqı yanında Şəhərsalma və Memarlıq Şurasının 15 may tarixində keçirilən iclasında "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin icraçısı olan Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov tərəfindən layihənin ara hesabatının təqdimatı və müzakirəsi olmuşdur.

Giriş sözü ilə Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə Heyətinin və Azərbaycan Respublikasının Memarlar İttifaqı yanında Şəhərsalma və Memarlıq Şurasının sədri cənab E.Ə.Qasımzadə çıxış etmişdir.

Gündəlik üzrə məruzə ilə, layihənin Koordinatoru olan Bakı Dövlət Layihə İnstitutunun direktoru cənab İlqar İsbatov çıxış edərək layihəni təqdim etmiş və Böyük Bakı regionunun mövcud vəziyyəti barədə, şəhər inkişafının əsas istiqamətləri və məqsədləri barədə iclas iştirakçılarını tanış etmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında 17 avqust 2007-ci il tarixində imzalanmış 7460 AZ saylı Kredit Sazişinə uyğun olaraq, "Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi-1"-in həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin B-1 Komponenti, "Böyük Bakının Regional İnkişaf Planı" layihəsi 14 mart 2008-ci il tarixində qüvvəyə minmişdir və 2009-cu ilin mart ayında bu layihə üzrə icra məsuliyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə razılaşdırılmış icra strukturuna görə layihə dörd bölmədən ibarətdir və dörd Məsləhətçi tərəfindən icra olunur.

Azərbaycan Memarlar İttifaqının Şəhərsalma və Arxitektura Şurası yaradılmışdır.

Şəhərsalma və memarlıq layihələrinin ictimai müzakirəsi və müəlliflərə peşəkar məsləhətlər və dəstək verilməsi məqsədilə Azərbaycan Memarlar İttifaqı nəzdində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin 28 yanvar 2011-ci il tarixli Plenumunun qərarına əsasən Şəhərsalma və Memarlıq Şurası yaradılmışdır. Şuranın tərkibi aşağıdakı kimi müəyyən olunmuşdur:

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)