Previous Next

Aprel ayinin 4-də Gənc Memarlar və Tələbələr Klubunun bir qrup üzvü Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya edib. Kollektivə məlumat verilib ki, qoruq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81,5 hektardır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Bildirilib ki, 5 min əvvəl burada yaşayış olub. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri var. Memarlıq abidələri orta əsrlərə aid edilir.

Previous Next

Şeyda NOVRUZZADƏ,

Gənc Memarlar və Tələbələr

Klubunun Prezidenti, memar

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Sədri cənab Elbay Qasımzadənin dediyi kimi, “Biz gənclərə diqqətlə yanaşmalıyıq, çünki onlar bizim gələcəyimizdir”. Bu məqsədlə 2013-cü ildə Azərbaycan Respublikası Memarlar İttifaqının nəzdində Gənc Memarlar və Tələbələr Klubu yaradılmışdır. Azərbaycanda memarlıq klublarının sayı çoxalıb. Gənc memarların birgə iş görmələri çox sevindirici haldır. Çünki hərəkət olan yerdə, tərəqqi olur. Amma Gənc Memarlar və Tələbələr Klubunun digər klublardan fərqi də var – biz yeganə qurumuq ki Azərbaycan Respublikası Memarlar İttifaqının diqqətindəyik. Bizim üçün bu fəxr verici bir haldır. Klubun ilk Prezidenti Üzeyir Qasımov olub. Bu üç il ərzində bizim böyük layihələrimiz olmuşdur: sərgilərimiz, müsabiqələrimiz, “work-shop”-lar, tanınmış memarların gənclərlə görüşləri. Bu tədbirlərdən bəziləri:

• Tələbə işlərinin sərgisi təşkil olunmuşdur. Bu sərgidə tələbələr öz layihələrini memarlıq sənətində artıq öz sözünü demiş memarlara təqdim etmiş və onlardan tövsiyələr almışdılar;

Previous Next

Tədbiri giriş sözü ilə AMİ İdarə Heyətininsədri professor Elbay Qasımzadə açaraqiştirakçıları və qonaqları salamladı, özlayihələri ilə sərgiyə qatılmış gənclərə uğurlararzuladı. O dedi:“Azərbaycan Memarlarİttifaqı gənc memarlarla sıx əlaqə saxlayır.Bu gənclərin hələ Memarıar İttifaqının üzvüolmamalarına baxmayaraq, biz elə indidənonları İttifaqın fəaliyyətinə cəlb edirik. İstəyirikki, onlar vaxtaşırı bu binada keçiriləntədbirlərə qatılsınlar, təcrübəli memarlarla

ünsiyyətdə olsunlar, öz sənətlərinə daha da möhləm bağlansınlar. Bu gün keçirilən sərgi tipli tədbirlərdə isə gənc memarlar sanki öz yaşlı həmkarları qarşısında yaradıcılıq hesabatı verirlər. Belə görüşlərdə müxtəlif faydalı söhbətlər, maraqlı fikir mübadilələri də olur. Bu baxımdan keçirilən sərgi və mükafatlandırma mərasimi bir çox mənada faydalı və əlamətdardır. Ümumi məqsədimiz memarlıq sənətinin gələcəyini təmin etmək, gəncləri bu prosesə cəlb eləməkdir. Çünkimemarların yaşlı nəsli artıq yaratdığını yaradıb,tikdiyini tikib. İndi söz bizim arxamızca

gələn gənclərindir. Onlar maraqlılayihələr işləməli, daha çox müsabiqələrdəiştirak etməlidirlər ki, püxtələşsinlər, öz səriştələrinicilalasınlar, öz işlərinin ustası olsunlar. Axı memar olmaq üçün təkcə təhsil kifayət etmir, yetərli təcrübəyə də yiyələnmək lazımdır”.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)