Azərbaycan Mətbuatı

Moskva şəhərində «Memarlıq-2010» silsilə beynəlxalq tədbirlər keçirilmişdir.

photo of Rufat AghazadehMemarlıq sənətini daima inkişaf etdirmək, müasir memarlıqda yeniliklərlə yaxından tanış olaraq bu sənətin aktual problemlərinə dair fikir mübadilələri və memarlar arasında təcrübə mübadiləsi aparmaq məqsədi ilə təşkil olunan beynəlxalq tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Bu tədbirlər müxtəlif ölkələrdən olan memarların növbəti dəfə bir araya gələrək, memarlıq sənətinin müxtəlif aspektlərini müzakirə etmək və əldə olunan nailiyyətləri nümayiş etdirmək üçün gözəl bir fürsətdir.

Məhz bu baxımdan memarların növbəti görüşü 15-17 oktyabr 2010-cu ildə Moskva şəhərində təşkil olunmuş «Memarlıq-2010» («Зодчество-2010») XVIII beynəlxalq festivalda baş tutmuşdur. Beynəlxalq festival çərçivəsində əsas tədbirlər Beynəlxalq Memarlar İttifaqları Assosiasiyasının (BMİA) və Rusiyanın Memarlar İttifaqının təşkilatçılığı ilə Moskvanın məşhur «Manej» Mərkəzi Sərgi Zalında və Mərkəzi Memarlar Evində keçirilmişdir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)